Zəngəzur dəhlizi ilə bağlı İrəvandan daha bir AÇIQLAMA: "Bu məntiqlə ola bilməz"

Zəngəzur dəhlizi ilə bağlı İrəvandan daha bir AÇIQLAMA: İyunun 17-də İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclası keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb.
Mənbə yazır ki, dar və genişləndirilmiş formatda keçirilən iclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizliyinə çağırış və təhdidlərin neytrallaşdırılması tədbirləri, KTMT regionunda birgə antiterror fəaliyyətləri ilə bağlı məsələlər müzakirə edilib.
Bu kontekstdə Qriqoryan Cənubi Qafqaz regionunda formalaşmış təhlükəsizlik mühitinə toxunub.
O, xüsusilə qeyd edib ki, region hələ də problemlərlə doludur, bu da Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmaması və Qarabağ məsələsi ilə bağlıdır.
Təhlükəsizlik Şurasının katibi, həmçinin regionda təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi və mövcud çağırışların neytrallaşdırılması məsələsində Ermənistanın mövqeyini və yanaşmalarını təqdim edib.
Regional kommunikasiyaların blokadadan çıxarılmasından danışan Qriqoryan qeyd edib ki, Azərbaycan vaxtaşırı Ermənistan ərazisindən keçən "nəqliyyat dəhlizi"nin açılması məsələsini gündəmə gətirir: "Ölkəmizin ərazisində dəhliz məntiqində heç bir nəqliyyat marşrutu ola bilməz".
O, həmçinin vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 21 noyabr 2021-ci il tarixlərində imzalanmış bütün bəyanatlara əsasən dəhlizlərdən bəhs edilmir.
Qarabağ münaqişəsindən danışan Qriqoryan qeyd edib ki, hələ də həll olunmayıb və onun hərtərəfli həlli ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində verilməlidir.
Qeyd edək ki, bu, artıq Zəngəzur dəhlizi, ATƏT-in Minsk Qrupu ilə bağlı İrəvandan səslənən günün ikinci mesajıdır. Ermənistan prezidenti Vaaqn Xaçaturyan Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə "Zəngəzur dəhlizini istəmirik, Sisyandan Naxçıvana yol var" fikrini səsləndirmişdi və "Dağlıq Qarabağ" ifadəsini işlədərək Dağlıq Qarabağ probleminin mövcud olduğunu vurğulamışdı.
Elə həmin şəhərə qonaq gələn Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç isə istər prezident Vaaqn Xaçaturyan, istərsə də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dediklərinin üstündən xətt çəkərək xarici işlər naziri Ararat Mirzoyanla görüşündə ümidlə danışıb, Azərbaycan və Ermənistan liderləri – İlham Əliyev və Nikol Paşinyanın növbəti görüşünün anonsunu verib. Dövlətin 1-ci şəxsləri ilə bağlı anons isə təkbaşına verilə bilməz, deməli Baş nazir Nikol Paşinyan rəsmi Bakının 5 maddədən ibarət olan təklifinə razılığını verib və onları müzakirə etməyə hazırdır.
Armen Qriqoryana isə Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il il tarixində imzalanmış sənədin bütün maddələrini oxumağı məsləhət görərdik. Və yenidən xatırladırıq ki, Laçın dəhlizinin "açarı" bölgəyə müvəqqəti dislokasiya edilən rus sülhməramlılarının deyil, rəsmi Bakının ixtiyarındadır.
Roman Göytürk,
KONKRET.az

Siyasi       Tarix: 18 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun