Zəngəzur dəhlizi NƏ VAXT açılacaq? - Tofiq Zülfüqarovdan ÖZƏL

Zəngəzur dəhlizi NƏ VAXT açılacaq? - Tofiq Zülfüqarovdan ÖZƏL"Zəngəzur dəhlizinin açılmasında iki məsələ mövcuddur. Birinci məsələ siyasi müstəvidədir".
Özəl olaraq KONKRET.az üçün danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov siyasi müstəvidə ermənilərin müxtəlif bəyanatlarını da qeyd edib. Zəngəzur dəhlizinin açılmasının ikinci tərəfi texniki məsələdir:
"Texniki məsələlər də onunla bağlıdır ki, dəmiryol xətlərinin dəhlizə qədər olan hissəsi hələ tikilməkdədir. İkincisi, dəhlizəcən bəzi texniki məsələlər həllini tapmalıdır. Çünki dəhliz deyəndə biz onu başa düşürük ki, orada həm dəmir yolu, həm avtomobil yolu ola bilər. Biz həmişə başa düşməliyik ki, Zəngəzur dəhlizi ilə bağlı müxtəlif bəyanatları eşidəndə bu məsələləri nəzərdə saxlamalıyıq. Texniki baxımdan görüləsi iş hələ çoxdur".
– Yəni Zəngəzur dəhlizinin nə vaxt açılacağını təxmin etmək üçün koridorun Azərbaycan hissəsi tam hazır olmalıdır?
"Əlbəttə. Bilirsiniz, əslinə qalsa bu yolun bərpası və işlək vəziyyətə gətirilməsi Ermənistan tərəfindən də dəstəklənir. Amma söhbət ondan gedir ki, bu yol hansı şəraitdə istismar olunacaq? Burda fikir ayrılığı var", – deyə Tofiq Zülfüqarov fikrini tamamlayıb.
Sonda qeyd edək ki, sosial mediada Fransa, Rusiya, Ermənistan və İranın Zəngəzur dəhlizinə qarşı olduğu barədə məlumatlar yayılıb. Sadəcə, belə informasiyalar təzadla doludur. Çünki Kreml Azərbaycan ərazisi ilə Rusiyanı Ermənistanla birləşdirəcək dəmiryol xəttinin tərəfdarıdır. Fransa enerji təhlükəsizliyini qorumaq və yalnız Rusiyadan asılı vəziyyətə düşmək istəməyən Avrpopa ölkələrindəndir. Buna görə də, belə bir tranzit xəttinin açılmasına etirazı məntiqsiz görünür. Hər halda Makron o qədər də ağılsız deyil. Ermənistan 30 illik blokadadan çıxıb iqtisadi rifah arzusundadır və koridora etiraz etmir. Sadəcə, hər şeyə burun soxmaq ermənilərin çoxdankı xasiyyətləridir və buna görə də öz şərtlərini irəli sürürlər. O ki qaldı İrana, Arazın o tayında hərbi təlim edənlər Arazın bu biri tayında, Zəngilanda iki türk liderin hava limanı açılışı ilə cavablarını aldılar.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 21 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


azerbaycan xeberleri son xeberler yeni xeberler xankendi son xeber az idman xeberleri sonxəbər