Zəngəzur dəhlizi necə olacaq? - Bəzi detallar AÇIQLANDI

Zəngəzur dəhlizi necə olacaq? - Bəzi detallar AÇIQLANDIAzərbaycanı onun bir hissəsi olan Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin bəzi detalları açıqlanıb.
KONKRET.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Azərbaycanı Naxçıvanla birləşdirməli olan Ermənistan ərazisindən keçən sadələşdirilmiş yol rejimi" barədə bəyanatından 5 gün sonra gedən danışıqların bəzi təfərrüatı məlum olub.
"Azadlıq" radiosunun erməni xidməti öz mənbələrinə istinadən xəbər verir ki, Ermənistan ərazisinə daxil olan Azərbaycan yüklərini və sərnişinləri əvvəlcə Rusiya sərhəd xidməti, daha sonra isə Ermənistan gömrük xidməti yoxlayacaq. Sonra keçid ən azı bir rus zabitinin daxil olduğu erməni patrulunun müşayiəti ilə həyata keçiriləcək.
Nəşrin mənbələrinin məlumatına görə, Ermənistan yüklərinin və sərnişinlərinin Azərbaycan ərazisinə daxil olması üçün eyni şərtlərin təmin edilməsi ilə bağlı danışıqlar davam edir.
Erməni jurnalist Tatul Akopyanın sözlərinə görə, rus patrulunun olmasını tələb edən rəsmi Bakı olub.
Xatırladaq ki, bundan əvvəl Moskva və İrəvan Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin 10 gün əvvəl keçirilən görüşlərindən sonra fərqli məlumatlar yayıblar.
Rusiya hökumətinin fikrincə, tərəflər sərhəd, gömrük və digər nəzarət növləri ilə bağlı mövqelərini yaxınlaşdırıblar. Bu arada Ermənistan hökumətinin məlumatına görə, tərəflər yanaşmalarına aydınlıq gətirib. Bu yanaşmaların nədən ibarət olduğu hələ də rəsmi olaraq dəqiqləşdirilməyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanla Azərbaycan arasında kommunikasiya marşrutlarının sadələşdirilmiş rejimdə işləyəcəyini bildirmişdi.
"Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasında dəmir yolu marşrutu razılaşdırılıb, hazırda avtomobil marşrutu ilə bağlı saziş tamamlanmaq üzrədir. Yol rejimi sadələşdiriləcək, lakin tamamilə Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq və burada heç bir qeyri-müəyyənlik ola bilməz", – Lavrov bildirib.

Siyasi       Tarix: 15 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər son xeberler azerbaycan dunya xeberleri siyaseti xeberler bugun