Zəngəzur dəhlizinin açılması bu günə qədər niyə mümkün olmayıb? - ŞOK SƏBƏBLƏR

Zəngəzur dəhlizinin açılması bu günə qədər niyə mümkün olmayıb? - ŞOK SƏBƏBLƏR"Zəngəzur dəhlizi Mərkəzi Asiya ilə Avropanı birləşdirən mühüm marşrut üzərində yerləşməklə bir çox aktorlar üçün xüsusi önəm daşıyır".
Bunu KONKRET.az-aaçıqlamasında politoloq Aytən Qurbanova deyib.
O, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Rusiya, İran,Türkiyə və Qərb maraqlarına necə təsir göstərəcəyini təhlil edib və bunun loqistik əhəmiyyətinə toxunub:
"Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı, eyni zamanda Türk dünyasını birləşdirəcək körpü olaraq Zəngəzur dəhlizi mühüm geostrateji önəm daşıyır. Eləcə də, bu dəhliz Azərbaycanın logistik mövqeyini daha da möhkəmləndirəcək xarakterik xüsusiyyətlərə sahibdir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda Zəngəzur dəhlizinin açılması ətrafında ziddiyyətli maraqların olması heç də təsadüfi deyil və kommunikasiya xətlərinin açılması həm regional, həm də qlobal güclərin maraq dairəsindədir. Dəhlizin logistik önəmi və geostrateji əhəmiyyəti bu maraqlara təsir edən başlıca amillərdir. Cənubi Qafqazda öz təsirini qorumağa çalışan Rusiyanın əsas hədəfi heç bir halda proseslərdən kənar qalmamaqdır. İran isə Zəngəzur dəhlizinin açılmasından narahatdır. Çünki Türk dünyasını birləşdirəcək bu dəhlizi strateji hədəfləri və regional maraqları üçün təhdid hesab edir. Eyni zamanda, dəhlizin açılması İran-Ermənistan münasibətlərindəki birtərəfli asılılığa da son qoya bilər. Ona görə də, öz ərazisindən keçən alternativ yollar təklifini israrla qəbul etdirməyə çalışır".
Zəngəzur dəhlizinin açılması bu günə qədər niyə mümkün olmayıb? - ŞOK SƏBƏBLƏRAytən Qurbanova dəhlizin açılmasını Qərb dövlətləri və Mərkəzi Asiya ölkələri üçün nə dərəcədə maraqlı olmasını məsələsinə də toxunub. Burada dəhliz məsələsində Qərblə Azərbaycanın maraqlarının müəyyən məsələlərdə üst-üstə düşəcəyini vurğulayıb:
"Qərb dövlətləri üçün dəhlizin açılması maraqlı olsa da, üçtərəfli bəyanatda təsbit edildiyi kimi Rusiyanın nəzarətini birmənalı şəkildə qəbuledilməz sayırlar. Belə ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya ilə Avropanı birləşdirən mühüm marşrut üzərində yerləşməklə də bir çox aktorlar üçün xüsusi önəm daşıyır. Həmçinin Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin davam etməsi qismən də olsa bəzi Qərb ölkələrinin maraqları ilə üst-üstə düşür. Çünki tədricən Ermənistanın Rusiyadan asılılığı azala və tamamilə yox ola bilər. Nəticə etibarilə, Rusiya, İran və digər aktorlar üçün Zəngəzur dəhlizinin açılması heç də arzuolunan yanaşma olmasa da, bunun qarşısını almaq iqtidarında olmadıqlarını çox yaxşı bilirlər. Məhz ona görə də əsas hədəfləri dəhliz üzərində nəzarət imkanı qazanmaq cəhdlərini davam etdirməkdir. Qərb dövlətləri isə regionda yeni kommunikasiya xəttinin açılmasını və eləcə də, Rusiyanı regiondan uzaqlaşdırmağı hədəfləyir. Amma bütün bu prosesləri Azərbaycanın maraqlarını nəzərə almadan etməyə çalışdıqları üçün bu günə qədər dəhlizin açılması mümkün olmayıb. Ümumiyyətlə, Azərbaycanın mövqeyi nəzərə alınmadan bu istiqamətdə uğurlu nəticə əldə edilə bilməz".
Aynurə İsmayıl
KONKRET.AZ

Siyasi       Tarix: 19 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou cəbhədən son xeber cəbhədən görüntüleri hava