Rambuye rüsvayçılığı: Köçəryan niyə tualetə qaçdı? – Məmmədyarov danışır
"Ermənistanın sabiq xarici işlər naziri Edvard Nalbandyan Parisdə təkbətək görüşdə bildirdi ki, onların üzərində böyük təzyiq var".
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai TV-də yayımlanan "Təmas xətti" verilişində deyib.
"Nalbandyan dedi, onlar israr edirdilər ki, Ermənistan Qarabağın müstəqilliyini tanısın, amma biz buna getmədik. Mən də ona dedim ki, "Məni qorxudursan? Tanımaq istəyirsən, tanı! Amma sonra hansı üzlə Rusiya, ABŞ və Fransanın qarşısına çıxacaqsan?" Bu, həmin üç ölkənin yanaşmasına zərbə vurmaq deməkdir.
Rambuye görüşü (2006) qırılma nöqtəsi oldu. Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan tualetə getmək bəhanəsi ilə görüşü tərk etdi. Bir neçə saat danışıqlar aparılmışdı.
Mənə elə gəlir ki, 2008-ci ildə Azərbaycan Prezidenti qərara gəldi ki, biz müharibəyə hazırlaşmalıyıq", – Elmar Məmmədyarov vurğulayıb.
Qeyd edək ki, həmin vaxt KİV diplomatik mənbələrə istinadən danışıqların həddən artıq gərgin keçdiyini və əsas müzakirənin Qarabağın statusu və Kəlbəcərlə bağlı olduğunu yazmışdı.
Rambuye həm də diplomatiya tarixində Ermənistan prezidentinin biabırçılığı ilə də yadda qalıb. Belə ki, İlham Əliyevlə müzakirələrdə iştirak edən Köçəryan daha sonra Dağlıq Qarabağla bağlı mühüm razılaşmanın imzalanmasına az qalmış görüşü tərk etmişdi. Siyasi kuluarlarda Köçəryanın tualetə getmək adı ilə görüş zalından çıxması haqda xəbərlər yayılmışdı.
Rambuye görüşü keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən müzakirələr içərisində ən vaciblərdən hesab edilir. Məhz bu görüş münaqişənin həlli ilə bağlı yeni nəfəs açmalı idi.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib