Zəngəzur dəhlizinin Ermənistandan keçən marşrutu ilə bağlı YENİ XƏBƏR – MOSKVADA ÜÇTƏRƏFLİ GÖRÜŞ
Cümə günü Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Mqer Qriqoryan rusiyalı həmkarları Aleksey Overçukun sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra sərhəd, gömrük və digər nəzarət növləri ilə bağlı məsələləru müzakirə ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya Rusiya hökumətinin saytında yer alıb.
"Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər", – mesajda deyilir.
Baş nazirin müavinləri, həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər.
"Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri arasında regionda nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər", mətndə bildirilir.
Roman Göytürk,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Xidmetler [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun