Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə

Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmləSon dövrlərdə Azərbaycanın xarici siyasətində müşahidə olunan aktivlik, xüsusilə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri, həmçinin aparıcı güc mərkəzlərinin nümayəndələrinin Bakıya gəlişi, Cənubi Qafqazda geosiyasi balansın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ekspertlərin fikrincə, bu proseslər həm ölkəmizin beynəlxalq nüfuzunun artdığını, həm də regionda uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllinə doğru ciddi irəliləyişlərin əldə olunduğunu nümayiş etdirir.
Məhz bu kontekstdə İrəvanla sülh sazişinin yaxın aylarda imzalanması və Zəngəzur dəhlizinin açılması ehtimalı aktuallıq qazanır. Mövcud diplomatik dinamika və regional aktorların maraqlarının üst-üstə düşməsi bu gözləntiləri daha da gücləndirir.
Yaxın zamanda sülh sazişi razılaşdırılmış mətn üzrə imzalana və paralel olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı yekun nəticə əldə oluna bilərmi?
KONKRET.az xəbər verir ki, siyasi şərhçi Asif Nərmanlı Globalinfo.az-a açıqlamasında baş verən son hadisələrin Zəngəzur dəhlizi layihəsi və onun bir hissəsi olduğu Orta dəhlizdə güc mübarizəsinin kəskinləşdiyini göstərdiyini bildirib:
"Əsas səbəb Donald Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-ın Orta dəhlizdəki proseslərə hələlik müdaxilə etməməsidir. Bu, o demək deyil ki, Vaşinqton ümumiyyətlə prosesdən kənarda qalacaq, əksinə, Çinlə geosiyasi rəqabət kontekstində bu bölgədə güc balansına nəzarət, Ağ Ev üçün vacib məsələdir. Sadəcə olaraq, Tramp administrasiyasının cari prioritetləri Vaşinqtonu müəyyən qədər arxa planda saxlayıb. Buna qədər isə ABŞ və Avropa Birliyi Orta dəhliz marşrutunda, xüsusilə də Cənubi Qafqaz seqmentində Ermənistanı tranzit ölkəyə çevirməklə bağlı ortaq yanaşma nümayiş etdirirdilər. İndi isə AB bu prosesi təkbaşına irəli aparmağa çalışır.
Məhz bu kontekstdə ittifaq rəsmilərinin Mərkəzi Asiyaya son səfərlərini qiymətləndirmək olar. Prezident İlham Əliyevin Çin səfəsini isə bu tendensiyaya qarşı yönəlmiş strateji həmlə kimi dəyərləndirmək mümkündür".
Ekspertin sözlərinə görə, Bakı üçün əsas hədəf Orta dəhlizin Cənubi Qafqaz hissəsində öz planını reallaşdırmaq, yəni Zəngəzur dəhlizinin açılmasını təmin etməkdir:
"Bu plan təkcə Bakıda deyil, Ankarada da dəstəklənir, hətta Londonda da maraqlı tərəflər mövcuddur. Hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq üçün Orta dəhlizlə bağlı güc mübarizəsindəki balansı diqqətlə izləməliyik. Bir tərəfdə Avropa Birliyi, digər tərəfdə isə Azərbaycan, Türkiyə və Böyük Britaniya yer alır.
Mövcud situasiya Azərbaycanın daxil olduğu blokun xeyrinə görünür – xüsusilə də siyasi, iqtisadi və nəqliyyat-logistik imkanlar baxımından Cənubi Qafqazda təsir gücü artmaqdadır. Üstəlik, İlham Əliyevin Çin səfəri zamanı Pekinin Azərbaycanın sülh gündəliyinə dəstək verməsi onu göstərir ki, Bakı ilə İrəvan arasında aparılan danışıqlarda Zəngəzur dəhlizinin açılması şərti Pekin tərəfindən də qəbul olunur.
Lakin sülh sazişinin tezliklə imzalanması və Zəngəzur dəhlizinin yaxın aylarda açılması hələ də sual altındadır. Birincisi, güc mübarizəsində tərəflərdən heç biri tamamilə prosesdən çəkilməyib və yekun nəticə hələ müəyyən deyil. İkincisi isə, texniki məsələlər var. İrəvan sülh sazişinin imzalanması üçün konstitusiyasını dəyişdirməlidir. Eyni zamanda, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində praktiki işlər görülməlidir. Fikrimcə, yaxın aylarda konkret nəticələrdən çox, Zəngəzur dəhlizi ətrafında mübarizənin daha da kəskin mərhələyə keçdiyinin şahidi olacağıq".

Siyasi       Tarix: 02 may 2025
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bugünki xəbərlər son xəbər xeber