Zəngilan ən yaxın müddətdə öz sakinlərini qəbul edəcək

Zəngilan ən yaxın müddətdə öz sakinlərini qəbul edəcək30 il əzəli-əbədi torpaqlarımız vətənimizdə sığınacaq verdiyimiz nankor ermənilərin əsarəti altında inlədi. 30 il erməni quldurlarının havadarlarının dəstəyi ilə yerli əhali öz doğma yurd-yuvasından didərgin salınaraq, vətən həsrəti ilə Azərbaycanın ayrı-ayrı yerlərində yaşadılar. Bu müddət ərzində erməni vandalları işğal edərək mənimsədikləri ərazilərdə dağıntılar törətdilər. Bir çox tariximizin izləri olan yurd yerlərimizi yerlə-yeksan etdilər. Milli, mənəvi dəyərlərimizi uçurub sökdülər. Dini və mədəniyyət abidələrimizə ziyan vurdular. Bununla onlar tarixin izini silərək bu torpaqları özününküləşdirmək niyyətində olublar.
Bu dağıntılar Zəngilan rayonundan da yan keşməyib. Quldurlar demək olar ki, bütün şəhəri dağıdıblar.  Yalnız şəhərdə dağıdılmamış  bir iki bina qalıb ki, oranı da ermənilərin işğalçı hərbçiləri istifadə ediblər. Bu dağıntılar erməni vandallığını və ermənilərin eybəcər , quldur sifətini bütün dünyaya bəyan edir.
Lakin 44 günlük Vətən Müharibəsi ilə Azərbaycanın igid, yenilməz övladları bu əsarətə, bu dağıntıya, bu həsrətə son qoydular.
Bu gün işğal altından təmizlənən ərazilərimizdə qlobal işlər gedir. Ermənilərin amansızcasına dağıtdığı şəhər və kəndlər tədricən öz əvvəlki görkəminə qaytarılır.
Bütün işğaldan azad olunmuş torpaqlarımız kimi Zəngilanda da quruculuq-abadlıq işləri aparılır. Zəngilanlılar ən yaxın gələcəkdə öz doğma el-obalarına qovuşacaqlar.
Artıq Zəngilanın Ağalı kəndində birinci pilot layıhə həyata keçirilir. Bu kənd də tamamilə dağıdıldığına görə demək olar ki, yenidən qurulur. Çox böyük ərazisi olan kənddə gələcək sakinlərin rahatlığı  üçün hər bir şərait yaradılır. 
Bütün güclər səfərbər olunub. Lazımı maliyyə vəsaiti ayrılır. Ötən il və bu il dövlət bu məqsədlər üçün hər il üzrə 2.2 milyard vəsait nəzərdə tutub.  Yəni toplam iki il ərzində 4.4 milyard manat edir.
Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsaitin də ayrılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur".
İşğal altında saxladıqları bəzi ərazilərimizə Ermənistan hökuməti bir qrup erməni ailələrini köçürmüşdür. Onlar azərbaycanlıların illərlə qurub-yaratdığı ev-eşiklərini sahiblənərək burada yaşamışlar və erməni vandalları bu barlı-bərəkətli, minerallı, yeralti- yerüstü sərvətli torpaqlarımızın sərvətlərini talan edərək xarici ölkələrə satmışlar. 
Bir vaxtlar Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək niyyətində olmuşdu. Bu yol isə Zəngilandan keçməli idi. Lakin onlar bu arzularına çata bilmədilər. Müdrik Ali Baş Komandanımız və güclü Azərbaycan Ordusu onların bu ümidlərini gözlərində qoydu.
Bu gün o torpaqlarda yollar çəkilir. Bu yolları isə Azərbaycan çəkir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqlardan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.
Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir  infrastruktur olacaqdır.
Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Bu gün Azərbaycan istənilən yükü qəbul və onu tranzit kimi ötürə bilir və Azərbaycanın imkanları daha da artacaq".
Erməni vandallarının əsarəti altında olan zaman onlar torpaqlarımızın ekologiyasına da böyük ziyan vurublar. Belə ki, qalın, sıx meşələrimizi doğrayıb satıb, ərazilərimizi tərk edən zaman isə yandırıblar.
Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. Qoruğun böyük hissəsi məhv edilib. Torpaqlarımızı yararsız hala salmağa çalışıblar. Çaylarımıza zavodlardan zərərli axıntılar təmizlənmədən ötürülüb. 
Bütün bu vandallığı görən bir çox beynəlxalq təşkilatlar hələ də susur. Ermənistan höküməti hələ də məsuliyyətə cəlb olunmur.
Azərbaycana 30 il ərzində dəymiş ziyan hesablanır. Dağıdılmış binalar, yollar, abidələr, məscidlər, meşələr və s. videoya çəkilir. Bu sübutlarla Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Zəngilan rayonunda böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır.
Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyidir".
Şəhla Ağbulud "Abşeron" qəzetinin baş redaktoru

Sosial       Tarix: 08 may 2022
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber son xeberler 2026 axsam.az xeberler enson xeberler