Zərərçəkmiş: "Həmin il Azər Aslanov əsirlikdən qayıdıb, Bakıda metronu partlatdı
"1994-cü ildə Bakıda metronu partladan Azər Aslanov mənimlə birlikdə əsirlikdə olub".
Oxu.Az-ın məlumatına görə, bunu azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbçiləri Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyanın məhkəmə prosesində zərərçəkmiş Zahid Həsənov deyib. O bildirib ki, 1994-cü ildə dörd əsir Xankəndidə saxlanılıb: "Mən, Sergey, Azər Aslanov və digər bir əsir bir yerdə saxlanılırdıq. 5-6 erməni hərbçi gəldi, biri də Xosrovyan idi. Başladılar bizi döyməyə.
Sonra Azər Aslanovu apardılar komandirin otağını təmizləməyə. İki saatdan sonra Azər gəldi. Sonradan Azəri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu aparıb gizli söhbətə başladılar. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Onu təlimatlandıranlardan biri də Mkrtiçyan idi. Bir saatdan çox söhbət apardılar. Onu orada tam təlimatlandırıb buraxdılar.
Sonra ermənilər gəldilər ki, otağı Azər yox, Sergey təmizləyəcək. Məlum oldu ki onlar Azər Aslanovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəldi dedi ki, Azər otaq təmizləməyib.
O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə girib. Həmin il də Azər Aslanov əsirlikdən qayıdıb Bakıda metronu partlatdı. Mən əsirlikdən qayıdandan sonra eşitdim ki Sergeyi güllələyib öldürüblər".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?