Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi - SON DƏQİQƏ

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi - SON DƏQİQƏBu dəqiqələrdə Türkanda Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayev həbs ediliblər.
Open.az-ın xəbərinə görə, bu baradə qəsəbə sakinləri məlumat verib. Qeyd edək ki, onların saxlanma səbəbi səs-küylü cinayət hadisəsidir. Və bu haqda xəbər az əvvəl dərc olunmuşdu. Həmin yazını bir də təqdim edirik:
"Bakının Türkan qəsəbəsində inanılmaz cinayət sxemində iştirak edən daha iki şəxsin adı üzə çıxıb. Bunlardan biri eks deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov, digəri isə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərovdur. Türkanda baş verən cinayətin mahiyyəti budur ki, qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayev 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda arayış verib. Həmin arayışlarda hər iki qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb. İlk baxışdan mənasız görünən bu saxtalaşdırma çox böyük cinayətlərə, qrup şəklində dələduzluqlara yol açıb. Belə ki, qadınlara saxta "ölüm kağızı" verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib. Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub! Hazırda həyatda olan 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var! Bəli, məhz belədir, adamlar həyatdadır, amma rəsmi olaraq "dünyadan köçüblər". "Yeni Müsavat"a daxil olan məlumata görə, icra namyəndəsi Rahil Babayev saxta arayış verməkdən əlavə son nəticədə bağ-torpaq sahələrinin satışının baş tutması üçün də addımlar atıb. 2017-ci ildə Türkan qəsəbə icra nümayəndəsi Rahil Babayev Əzizə Atayevanın oğluna deyib ki, onu işə düzəldəcək. Bunun üçün işçisi Mehmanı Əzizə Atayevanın oğlunun yanına göndərib. Mehman Rahil Babayevin adından deyib ki, bəs Çingiz adlı şəxsin adına etibarnamə verməlidir ki, onu işə düzəldə bilsinlər. Çingiz Xeyrəli oğlu Səfərov Türkanda Rahil Babayevə yaxın şəxs kimi ad çıxarıb. Onları tez-tez Türkandakı "Eldar" İstirahət Mərkəzində bir yerdə olurlar. Ona görə də Əzizə Atayevanın oğlu Mehmanın Rahil Babayevin adından dediyi sözlərə inanmaqdan başqa yolu olmayıb. Çingiz Səfərov Əzizə Atayevanın oğlunu Nərimanov rayonunda yerləşən 5 saylı "ASAN xidmət" mərkəzinə aparıb, orada adından çıxış etmək üçün baş etibarnamə alıb. Rahil Babayevin verdiyi saxta arayışda isə Əzizə Atayevanın həyat yoldaşının yeganə vərəsəsi kimi məhz həmin oğlu göstərilib, digər övladlarının olması gizlədilib. Beləcə Rahil Babayev saxta arayış verməklə yanaşı həmkəndlilərinin inamından sui-istifadə etməklə Əzizə Atayevanın oğlundan baş etibarnamə alınmasına nail olub. Həmin baş etibarnamə əsasında Əzizə Atayevanın həyat yoldaşının adına olan bağ-torpaq sahəsi Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun adına keçirilib və sonuncu bağ-torpaq sahəsini satıb! Nəticədə çoxuşaqlı ailənin xəbəri olmadan onlara məxsus bağ-torpaq sahəsi özgəninkiləşdirilib. Eyni sxem üzrə 90 yaşlı Xumara Şabanovanın da həyat yoldaşının adına olan bağ-torpaq sahəsi ələ keçirilərək satılıb. Yaxşı düşünülmüş bu cinayət sxemi üzrə Türkan qəsəbəsində 10-a yaxın bağ-torpaq sahəsinin ələ keçirilməsi haqda iddialar var. (aktualxeber.az)

Hadisə       Tarix: 18 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam az xeberler maliyye xeberler bugun ən son xəbərlər bugün son.xabar