Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək1998-ci ilin noyabr ayında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram olan SPECA Proqramı təşkil olunmuşdur. 
25 il ərzində SPECA-ya üzv dövlətlər arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib. Bu 25 ildə ilk dəfə SPECA-ya üzv dövlətlərin Zirvə görüşü keçirilir. Onu da qeyd edək ki, hazırda SPECA-ya Azərbaycan sədrlik edir və Zirvə görüşü də Bakıda Azərbaycanın təşəbbüsü ilə keçirilir. Bu təşəbbüsün həyata keçməsinə isə əsasən Mərkəzi Asiya ölkələrinin rəhbərləri dəstək veriblər. Bir sıra türkdilli ölkələr – Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və s. bu gün çoxtərəfli formatda uğurla əməkdaşlıq edirlər.
Azərbaycan Prezidentinin dəvəti ilə Zirvə görüşündə fəxri qonaq qismində SPECA-ya üzv olmayan ölkələrdən Gürcüstan və Macarıstanın Baş nazirləri və Körfəz Əməkdaşlıq Şurasının Baş katibi də iştirak edirdilər. 
Bu günlərdə BMT Baş Assambleyası SPECA-nın 25 illiyi ilə əlaqədar qətnamə qəbul edib. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycan da Etimad Fonduna 3.5 milyon  ABŞ dolları ayıracaq.
Azərbaycan Respublikasının Prezidenti Zirvə görüşündə çıxış edərək demişdir:" Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm.
Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır".
Son 20 ildə  Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulduğunu və bunun da 200 milyard dollarının qeyri enerji-neft sektorunun payına düşdüyünü deyən İlham Əliyev son illərdə Azərbaycanın özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyduğundan, Avrasiyanın Şərq-Qərb  və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərinin birinə çevrildiyini vurğulayıb. 
Azərbaycan demək olar ki, öz müstəqilliyini qazandığı günlərdən ermənilər torpaqlarımıza təcavüz ediblər. Ərazilərimizin təxminən 20 faizini işğal edərək, yerli azərbaycanlıları öz ata-baba torpaqlarından qovublar. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın kimi Azərbaycanın 50-dən artıq rayonunda məskunlaşaraq illərlə ağır şəraitdə yaşayıblar.
Ermənistanla 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə elə kağız üzərində qalıb. Ermənistan işğal etdiyi torpaqları tamamilə mənimsəmək, hətta yeni ərazilər işğal etmək niyyətində olub. Belə ki, Ermənistan ordusu durmadan təmas nöqtələrimizi atəşə tutaraq, əsgərlərimizi eləcə də yaxın ərazilərdə yaşayan dinc əhalini qətlə yetirirdi. Azərbaycanın iqtisadiyyatına zərər vururdu. Odur ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək Ermənistana öz gücünü göstərdi. Ermənilərin özləri, orduları haqqında 30 il ərzində  yaratdıqları mifi  cəmi bir neçə günə darmadağın etdi. Erməni hərbçiləri silahı ataraq geri qaçmağa məcbur oldular. Hələ də Şuşa döyüşündə onları bürüyən vahiməni həyəcanla danışırlar. 
Azərbaycan Ordusu, Azərbaycanın vətənpərvər, igid  övladları Ali Baş Komandanımız, böyük siyasətçi, yenilməz sərkərdə İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində öz tarixi torpaqlarımızı işğaldan azad edərək geri qaytardılar. Ermənistan məcbur olub  kapitulyasiya aktına imza atdı. Lakin Ermənistan yenə də öz öhdəliklərini yerinə yetirmədi. Kapitulyasiya aktına görə sülh yolu  ilə boşaltmalı olduqları digər ərazilərimizdən özünün 15 minə yaxın hərbçisini  geri çağırmırdı. Onlar bu ərazilərdə təxribatlar törədirdilər. Bu təxribatlar nəticəsində isə hərbçilərimiz həlak olurdular. Basdırdıqları on minlərlə minalara düşən yüzlərlə insan həyatını yaxud da sağlamlığını itirmişdi. Dəfələrlə tələb olunduğuna baxmayaraq indiyə qədər də başdırdıqları minaların  xəritəsini qarşı tərəfə təqdim etməyiblər. 
Azərbaycan 3 ilə yaxın Ermənistanın bütün bu təxribatlara son qoyacağını, sülh yolu ilə digər ərazilərimizi də boşaldacağını gözlədi. Lakin təxribatlar dayanmırdı. Nəhayət Azərbaycan 2023-cü ilin sentyabr ayının 20-21-də Qarabağda antiterror tədbirləri keçirdi. Cəmi 23 saat ərzində bütün ərazilərimiz erməni təcavüzkarlarından təmizləndi. Azərbaycan Respublikası bütün ərazilərimiz üzərində suverenliyini bərpa etdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zirvə görüşündə artıq Azərbaycanın öz ərazisində separatizmə son qoyduğunu və işğaldan azad olunmuş ərazilərimizdə gedən genişmiqyaslı tikinti-quruculuq işlərindən danışaraq qeyd etdi ki: "Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. 
Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm".
Sonda cənab Prezident Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyini bildirdi.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 28 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun cəbhədən ən son xəbər cəbhədən son xeber krimnal bugun