Zümrüd Qasımova: '14 övladımın olmasını istəyirdim
Aktrisa Zümrüd Qasımova qatıldığı televiziya proqramında səmimi etirafları ilə diqqət çəkib.
azxeber.com xəbər verir ki, sənətçi uşaqlıq illərində böyük ailə sahibi olmağı arzuladığını bildirib. Onun sözlərinə görə, vaxtilə çoxsaylı övladının olmasını və evinin daim uşaq səsi ilə dolmasını xəyal edib. Lakin həyatın fərqli istiqamətdə inkişaf etdiyini qeyd edib: "Uşaq olanda 14 övladımın olmasını istəyirdim. Həmişə istəyirdim ki, ev uşaqla dolu olsun. Həmin arzum həyata keçmədi".
Qasımova peşəkar fəaliyyət sahəsində isə arzusuna çatdığını vurğulayaraq, sənəti ilə məşğul olmağın ona böyük məmnunluq verdiyini deyib.
Aktrisa həmçinin həyatının düşündüyü kimi formalaşmadığını, lakin bu gününə görə şükür etdiyini bildirib. O, son dövrlər özünü fərqli hiss etdiyini, bəzi şeylərə əvvəlki marağının qalmadığını etiraf edib.
Sənətçinin açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub.
Xidmetler [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub