1 milyondan çox istifadəçi "Nar"+dan yararlanır
1 milyondan çox istifadəçi "Nar"+dan yararlanır!
azxeber.com xəbər verir ki, istifadəçi rahatlığını təmin edən "Nar+" tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb. Hər gün on minlərlə abunəçinin sorğularına qısa zamanda cavab tapdığı, hesab üzərində lazım olan əməliyyatları saniyələr içində həll etdiyi tətbiq artıq 3 ildir ki, müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
"Nar+" tətbiqi bir çox funksiyalarından əlavə, abunəçilər üçün rabitə xidmətlərinin şəffaflığını da təmin edir. Hər bir "Nar+" istifadəçisi müxtəlif abunə əməliyyatlarını rahatlıqla həyata keçirir və balansına tam nəzarət edir. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilirlər. Tətbiqdən ən çox istifadə edənlər paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə və Quba sakinləridir.
Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator "Nar+" tətbiqinin 1 milyon yüklənməsi münasibətlə yay kampaniyasının simalarından olan Cəfər Nəcəfovun Instagram səhifəsində sosial media istifadəçiləri üçün müsabiqə elan edir.
Belə ki, müsabiqə paylaşımının şərh bölməsində tətbiqdə ən çox köməyinizə çatan funksiyanı qeyd etməklə dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"