1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb - FOTO

1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb - FOTOAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Körpələr Evinə planlı başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Open.az-a verilən məlumata görə, başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmini vəziyyətinin öyrənilməsiolub.
Başçəkmə çərçivəsində müəssisənin bütün ərazisinə, o cümlədən yataq və tibb otaqlarına, oyun zalına, mətbəxə, camaşırxanaya və digər yerlərə baxışlar keçirilib, qidalanma səviyyəsi, tibbi yardımın və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Başçəkmə zamanı müəssisənin əsaslı təmir olunduğu və müasir avadanlıqla təchiz olunduğu müşahidə olunub. Eyni zamanda bir sıra çatışmazlıqlar aşkar edilib. Belə ki, mövcud maddi-texniki bazanın səmərəli istifadəsinin təşkil olunmadığı müşahidə olunub. Tibbi hissədə ilkin tibbi yardım üçün tibbi çantanın olmaması, dərmanların qeydiyyatında nöqsanlar, fizioterapiya, masaj və manipulyasiya otaqlarının istifadə olunmaması, fizioterapiya üçün nəzərdə tutulmuş aparatların işlək vəziyyətdə olmaması müəyyən olunub.
Uşaqların əsasən tibbi müayinədən keçdiyi, lakin yaşlarına uyğun olaraq psixoloji inkişaflarına yönəlmiş işlərin aparılmadığı müəyyən olunub. Eyni zamanda, müəssisədə loqoped və psixoloqun olmaması uşaqların inkişafına hərtərəfli və fərdi yanaşmanın tətbiqində çətinliklər törədir.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti, sənədləşmədə olan nöqsanların aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq.
1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb - FOTO1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb - FOTO1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb - FOTO

Hadisə       Tarix: 21 yanvar 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı-Quba yolunda yanğın 

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol kənarındakı otluq sahədə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsin

Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektri

Tovuzda zəncirvari qəza olub, ölən var

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvar

Qarışıq mallar mağazası kül oldu 

Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib. -a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasınd

Ağdamda traktor minaya düşdü

Ağdamda traktor minaya düşüb. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib. Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayı

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış qeydə alınıb. xəbər verir ki, sentyabrın 2-də axşam saatlarında Günəşdə gücünə görə ikinci ən yüksək sinif hesab edilən M sinifli partlayış baş verib. Hadisə təxminən 39 dəqiqə davam edib. Bundan əvvə

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində

Ağdamda mina partladı - Rəsmi açıqlama

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu v

Əməkdar memar dünyasını dəyişdi

Əməkdar memar Əhməd İzmayılov vəfat edib. KONKRET.azxəbər verir ki, bu barədə "Yeni Sabah"a mərhumun yaxınları məlumat verib. Ə. İzmayılov Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü idi. Allah rəhmə


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun valyuta şou biznes xəbərləri cəbhədən son xəbər