100 manatlıq əsginaslar illər ərzində necə dəyişib?- FOTOLAR
15 iyul 2026-ci ildən Azərbaycanda yenilənmiş 100 manatlar istifadəyə verilib. yeni əsginaslar ən son mühafizə elementləri ilə təchiz olunub. Yenilənmiş 100 manatın üzərində rəngi dəyişən üçölçülü holoqram, dinamik işıq effekti yaradan "Spark Flow Prime" elementi və manat simvolu yer alıb. Əsginas işığa tutulduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominal dəyəri görünəcək.
azxeber.com müxtəlif illərdə dövriyyəyə buraxılan 100 manatlıq əsginazları təqdim edir:
100 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Bu əsginaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 100 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 100 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış, 2005-ci ildə yeni 100 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 100 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
2026-ci ildə dövriyyəyə buraxılan 100 manatın görünüşü:
İqtisadçı Natiq Cəfərli azxeber.com-a açıqlamasında deyib ki, əsginasların yenidən dövriyyəyə buraxılması rutin bir praktikadır:
"Əsginasların yenidən dövriyyəyə buraxılması rutin bir praktikadır. Dünya mərkəzi bankları da bunu edir. Zaman-zaman yeni əsginaslar dövriyyəyə buraxılır. Bu, onların daha yüksək səviyyədə qorunmasını təmin edir, həm də dövriyyədə cırılıb sıradan çıxan pulları əvəzləmək üçün pul kütləsini dəyişirlər. Bunun makroiqtisadi göstəricilərə və inflyasiyaya təsiri yoxdur".
Şahanə Ziyad

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar