Gələn il 1,1 milyon şəxsin pensiyası artırılacaq

Gələn il 1,1 milyon şəxsin pensiyası artırılacaqÖlkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək.
azxeber.com ƏƏSMN-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
Vurğulanıb ki, sosial müdafiə sisteminin inkişafı Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırığı ilə son 7 ildə illik əlavə 8 milyard manat vəsaitin ayrıldığı 5 böyük sosial islahat paketi icra olunub. Minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3,4 dəfə, minimum və orta aylıq pensiya 2,9 dəfə, pensiya təminatı üçün illik vəsait 2,3 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsait isə 5 dəfə artıb.
Prezidentin göstərişi ilə gələn il növbəti, 6-cı sosial paket icra olunacaq və sosial ödənişlərdə artım dinamikası 2027-ci ildə də davam edəcək. O cümlədən 1,1 milyon insanı əhatə edən pensiyaların növbəti ilin əvvəlindən indeksləşdirilərək artırılması təmin olunacaq.
İclasda Nazirliyin tabeliyindəki qurumların bu ilin 10 ayına dair fəaliyyəti barədə məlumatlar verilib. O cümlədən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma işlərindən, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən dövlət sosial xidmətlər sistemində rəqəmsal həllərin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub.
DOST İnfrastruktur Mərkəzinin yeni sosial obyektlərin tikintisi və infrastruktur layihələrinin icrası, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, DOST İş Mərkəzinin sosial cəhətdən həssas qrupların məşğulluğunun və əmək bazarına çıxışının dəstəklənməsi, DOST Çağrı Mərkəzi - 142 tərəfindən vətəndaş müraciətlərinin operativ cavablandırılması sahələrində yanvar-oktyabr aylarında aparılan işlər diqqətə çatdırılıb.
Sosial təminat sisteminin təkmilləşdirilməsi işlərinin cari ildə də davam etdirildiyi, himayədar ailə modelinin tətbiqi prosesinin daha da sadələşdirildiyi qeyd edilib. İcbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Bu il əmək qanunvericiliyində edilən, sosial-əmək hüquqlarının daha etibarlı qorunmasına xidmət edən bir çox dəyişikliklər, habelə bu istiqamətdə hazırlanmış yeni layihələr qeyd edilib.
İclasda cari ilin 10 ayı ərzində qeyd edilən istiqamətlərdə əldə olunan nəticələr təhlil edilib, qarşıda duran vəzifələr müzakirə olunub. Yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələsinə də baxılıb və daha 294 standart təsdiq edilib.

İqtisadiyyat       Tarix: 26 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl 2027-ci ildə də bahalaşacaq? – PROQNOZLAR

2027-ci ildə dünya bazarında qızılın qiymətinin yüksək səviyyədə qalacağı, lakin il ərzində müəyyən eniş və yüksəlişlərin yaşana biləcəyi gözlənilir. Beynəlxalq maliyyə qurumlarının proqnozları qiymətlərin gələcək istiqamət

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Avtomobil almaq istəyənlərə əlavə xərc: Gömrük rüsumu bazara necə təsir edir?

Azərbaycanda avtomobil idxalının həcminə təsir edən amillərdən biri də gömrük rəsmiləşdirilməsi zamanı yaranan əlavə xərclərdir. Xaricdən avtomobil almaq istəyən vətəndaşlar yalnız maşının satış qiymətini deyil, gömrük rüsumu

ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR

ADA Universiteti və "Bank of Baku"nun uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyəehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsiləhəmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyyat sorğusun

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəy

Azercell-in "30 il səninlə" lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyasında hədiyyə sevinci davam edir! Fakturasız xətt abunəçiləri arasında 11 və 17 noyabr tarixlərində keçirilən növbəti iki tirajın nəticələrin

Azər Türk Bank "atb friday" kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank "atb friday" kampaniyasına başlayır. Kampaniya çərçivəsində atb-də aktiv krediti olmayan fiziki şəxslərə 80 00 manatadək komissiyasız istehlak kreditləri təklif olunur. 12 ayadək müddət

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir

Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir. Bu barədə Naxçıvan Muxtar Respublikasının yanacaqla etibarlı təchizatı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-da


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxabar en son xeberler xeberler bu qun xəbər