Bu rüsum 4 dəfə azaldılır
Məhkəmə əmri ilə bağlı dövlət rüsumunun məbləği 4 dəfəyə qədər azaldılır.
Иu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahiibkarlıq komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində olan dövlət rüsumu 25 manata endirilir.
Qeyd edilib ki, eləcə də qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılması təklif olunur.
Qüvvədə olan qanuna görə, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 1000 manatadək qiymətləndirilən iddia ərizəsinə görə 30 manat, 10 000 manatadək olduqda isə əlavə olaraq iddianın bir faizi miqdarında (məsələn, iddia tələbi 2000 manat olduqda 40 manat) dövlət rüsumu müəyyən edilir.
Qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumu müvafiq iddialar üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında müəyyən edilir.
Təklif olunan dəyişikliyə görə, bu rüsum (dövlət rüsumunun 50 faizi) qiymətləndirilən iddialara münasibətdə ilkin iddianın bütövlükdə məbləğinin 50 faizinə deyil, yalnız mübahisələndirilən hissəsinə şamil edilir. Bu, şikayət verən şəxsin rüsum yükünün azalmasına və rüsumun yalnız mübahisələndirilən hissəyə uyğun hesablanmasına səbəb olacaq.
///Qafqazinfo / azxeber.com

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…