13-cü dəfə Avropa çempionu oldu
Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb.
KONKRET.az xəbər verir ki, noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyində Azərbaycan təmsilçisi "Master Class" kateqoriyasında, 63 kiloqram çəki dərəcəsində iki versiya üzrə mübarizə aparıb.
İdmançımız "Light Contact" versiyasının finalında Portuqaliya təmsilçisi Emanuel Kortesi, "Kick Light" versiyasında isə Macarıstan idmançısı Marton Hası və İtaliya təmsilçisi Alessandro La Mantianı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Eduard Məmmədov karyerasında 13-cü dəfə Avropa çempionu tituluna sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki olan Eduard Məmmədov dəfələrlə dünya və Avropa çempionu olub. O, qazandığı qələbələri şəhidlərin xatirəsinə həsr etdiyini bildirib.

Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü
Azərbaycanda Konstitusiya Günüdür