15 yaşlı qızı zorlayan şəxsə bəraət verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bəzi media və sosial şəbəkə səhifələrində "Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi" ilə bağlı məlumat dərc edilib.
Baş Prokurorluqdan azxeber.com-a verilən məlumata görə, sözügedən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib.
Həmin maddənin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, 10.02.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə sanksiya həddində olan 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilib, lakin Bərdə rayon məhkəməsinin hökmü ilə ona bəraət verilib.
Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib və hazırda iş Gəncə Apellyasiya məhkəməsinin icraatındadır.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var