15 yaşlı ukraynalı Rusiyanın ən böyük texnika kolonlarında birinin məhvinə kömək etdi - FOTO
15 yaşlı ukraynalı Rusiyanın ən böyük texnika kolonlarında birinin məhvinə kömək etdi - FOTO
15 yaşlı yeniyetmə Andrey Pokrasa Ukraynada Rusiyanın ən böyük texnika kolonlarında birinin məhvinə kömək edib.
Bu işdə ondan ukraynalı müdafiəçilər kömək istəyiblər. Yeniyetmə öz kvadrokopterindən istifadə edərək Rusiya ordusunun karvanını aşkar edib.
Beləliklə, Kiyevə gedən Rusiya texnikaları kolonu məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz kəşfiyyat idarəsinin komandiri Yuri Kasyanov xəbər verib.
"O, ərazidə pilotsuz təyyarələrlə təcrübəyə malik olan yeganə şəxs idi. O, əsl qəhrəmandır, Ukrayna Qəhrəmanıdır", - deyə komandir bildirib.
Yeniyetmə isə hərbçilərin Rusiya kolonunun təxminən harada ola biləcəyi ilə bağlı məlumat verdiyini deyir.
"Hədəfimiz dəqiq koordinatları tapmaq və əsgərlərə ötürmək idi. Bu, Jitomir şossesi ilə hərəkət edən ən böyük kolonlardan biri idi və biz onu tapa bildik. Yük maşınlarından birinin sürücüsünün tez-tez farları yandırması səbəbindən onu aşkarlaya bildik", - deyə Pokrasa bildirib.
Koordinatlar ərazi müdafiə bölməsinə ötürülüb, onlar isə Kiyevdən təxminən 40 kilometr qərbdə, Berezovka yaxınlığında Rusiya qüvvələrinin qarşısını ala bilib.
Andreyin bu əməliyyatda iştirakını onun valideynləri, pilotsuz kəşfiyyat idarəsinin komandiri Kasyanov və Ümumukrayna Pilotsuz Təyyarə Sahibləri Federasiyasının rəhbəri Taras Troyak da təsdiqləyib.
Mənbə: The Telegraph

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi