16 yaşında uşaq dünyaya gətirən qızla bağlı şok təfərrüat - VİDEO
Gəncə Perinatal Mərkəzdə 16 yaşlı qız övlad dünyaya gətirib. Yaxınları ilə xəstəxanaya gətirilən gənc ana dərhal əməliyyata alınıb və qeysəriyyə üsulu ilə çəkisi 4 kq, boyu 52 sm olan qız övladı dünyaya gətirib.
azxeber.com-un məlumatına görə, Mərkəzin baş həkimi "Xəzər Xəbər"ə bildirib ki, anası xəstəxanada ilkin qeydiyyat zamanı qızının yaşı ilə bağlı yanlış məlumat verərək onu böyük göstərməyə cəhd etsə də tezliklə həqiqət ortaya çıxıb.
Baş həkim əlavə edib ki, 16 yaşlı ananın həddən çox piylənməsi və artıq çəkisi var. Bu da onun əsl yaşını müəyyən etməyə imkan verməyib.
Qonşuları da deyir ki, qızın 16 yaşlı olmasını məlumat yayılandan sonra biliblər.
Hazırda ananın və körpənin vəziyyəti kafi, stabildir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də faktı tədiqləyib. Bildirilib ki, erkən nikah və onun fəsadları barədə kifayət qədər maarifləndirici tədbirlər görülsə də, görünür hələ də bu kimi məsələlərə etinasız yanaşanlar var.
İlkin araşdırmalar zamanı gənc ananın 2020-ci ildə 14 yaşı olan zaman qeyri-rəsmi nikaha daxil olması məlum olub. Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı