17 maddəlik sülh sazişinin əsas elementi budur…
KONKRET.az sabiq deputat, iqtisadçı alim Vahid Əhmədov Teleqraf-a müsahibəsini təqdim edirik:
– Vahid müəllim, Azərbaycanla Ermənistan arasında sülhlə bağlı mühüm nəticələr əldə edildi. İlkin sülh mətni artıq paraflandı. Siz necə düşünürsünüz, uzun on illiklər düşmənçilik mövqeyində olan iki xalq arasında nəhayət, barışıq olacaqmı?
– Artıq Azərbaycanla Ermənistan arasında münaqişə vəziyyətinə son qoyulduğunu demək olar. Sülh sənədinin mətni Xarici İşlər nazirləri tərəfindən paraflanıb. Amma bu yekun sülh sazişi deyil. Müəyyən müddətdən sonra buna da nail olmaq mümkün olacaq. Buna baxmayaraq, ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə sülh sənədinin 17 maddəlik prinsiplərinin paraflanması mühüm addım idi. İlkin sülh sənədində Azərbaycanın bütün şərtləri əksini tapıb. Azərbaycan üçün əhəmiyyətli olan Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi və bu yolla Türkiyəyə, Orta Asiyaya, Çinə, Qazaxıstana çıxışın əldə olunması tarixi hadisədir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırıldıqdan sonra yekun sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq.
– Zəngəzur dəhlizinin ABŞ-a məxsus özəl şirkətin icarəsi əsasında açılmasına region dövlətlərinin də reaksiyası var. Buna qarşı olan cəhdlər prosesi əngəlləyə bilərmi?
– Bu məsələyə İran və Rusiyadan olan reaksiyalar daha çox önə çıxır. Amma onlar nə qədər narazılıq etsələr də, bu həll olunmuş məsələdir. Burada başlıca təminatçı ABŞ-dır. Bu eyni zamanda Azərbaycan Prezidentinin apardığı siyasətin uğurlu nəticəsidir. Azərbaycan 44 günlük müharibədə heç kəsin yardımı olmadan tarixi zəfər qazandığı kimi siyasi-diplomatik müstəvidə də müsbət nəticələr əldə edir. Çünki heç kəs gözləmirdi ki, Rusiya ilə ciddi siyasi, iqtisadi, humanitar əlaqələri olan dövlət birdən-birə Avropa və ABŞ-lə bu cür yüksək səviyyəli münasibətlər qura bilsin. Sözsüz ki, bu bir günün işi deyil. Uzun müddət bu istiqamətdə aparılan danışıqların nəticəsində bu uğurlara nail olunub.
– Cənubi Qafqazdakı dəyişikliklərə ilkin reaksiyalar nədən ibarətdir? Regionda maraqlı olan qüvvələr bu məsələdə ortaq məxrəcə gələ biləcəkmi?
– Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə Rusiya-Ukrayna məsələsi, Cənubi Qafqaza dair mövzular da müzakirə edilib. Nəticə olmasa da, Cənubi Qafqazda baş verəcək proseslər bir daha diqqətə çatdırılıb. Azərbaycanla Ukrayna arasında da çox yaxşı münasibətlər var. Ona görə də müharibənin bitməsi və sabitliyin olması rəsmi Bakının marağında olan məsələdir. Sözsüz ki, əldə edilən razılaşmalar Cənubi Qafqazdakı hadisələrin də mahiyyətinə təsirsiz ötüşmür.
Turlar.az [newsid: 0-123300]

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var