2 yaşlı uşağı bu evdə gizlədiblər - VİDEO
12 gün əvvəl Bakının Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Şixəliyevin gizlədildiyi yer məlum olub.
Azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, uşağı oğurlamaqda ittiham edilən Gültəkin Muradova və qeyri-rəsmi nikahda yaşadığı Şamil Əliyev onu Kürdəxanı qəsəbəsində saxlayıblar. Azyaşlını oğurlamaqla bağlı əvvəlcədən plan quran şəxslər uzaq bir qəsəbənin dalanında kirayə mənzil tutublar.
Evdə uşağa məxsus bezlər, müxtəlif oyuncaqlar olub. Mənzilin sahibinin qardaşı Şirinbala Abdulmanafovun bildirdiyinə görə, qardaşı evi Şamil Əliyevə aylıq 150 manata kirayəyə verib: "Heç bir ay deyildi ki, burada qalırdılar. İki-üç dəfə kişini görüb salam vermişəm. Bu müddət ərzində o uşağı heç çölə çıxarmayıb".
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, G. Muradova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olan Şamil Əliyev və daha sonra uşağın atası Elgün Nəsirov da istintaqa cəlb edilib.
Xatırladaq ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı