20 min avroluq işini atıb, Azərbaycana gələn həkim: Müalicə üçün xarici ölkəyə getməyi məsləhət görmürəm

20 min avroluq işini atıb, Azərbaycana gələn həkim: Müalicə üçün xarici ölkəyə getməyi məsləhət görmürəmBir neçə gündür ki, sosial şəbəkədə hər kəs ondan danışır. 
12 il Almaniyada yaşayıb, orda fəaliyyət göstərən həkim Nicat İbrahimov bugünlərdə Vətənə qayıdıb. O, bundan sonra fəaliyyətini Azərbaycanda - Şirvan şəhərində davam etdirəcək.
Bəs Nicat İbrahimovun 20 min avroluq maaşdan imtina edib Vətənə dönməsinə səbəb nədir?
Nicat İbrahimov bu və digər suallara bağlı azxeber.com-a özəl müsahibə verib. 
Həmin müsahibəni təqdim edirik:
- Nicat bəy, ilk olaraq özünüz haqda oxucularımıza məlumat verərdiniz...
- Mən, İbrahimov Nicat Xalid oğlu, Neftçala rayonun aşağı Surra kəndində ziyalı ailəsində anadan olmuşam. Atam kəndimizin həkimi, anam isə ingilis-dili müəllimi olub. Anam gənc yaşında vəfat edib. Atam isə təqaüdçüdür. Bir bacım, bir qardaşım var. Onlar da ölkənin ən nüfuzlu təhsil müəssilərində təhsil alıblar. Ailəliyəm, bir qızım var.
20 min avroluq işini atıb, Azərbaycana gələn həkim: Müalicə üçün xarici ölkəyə getməyi məsləhət görmürəm- Son günlər hər kəs sizdən danışır, bəziləri də yüksək məbləğ qarşılığında Almaniyada deyil, Azərbaycanda işləməyi seçməyinizi birmənalı qarşılamır. Bu haqda ə deyə bilərsiniz?
- Məndən maddi məsələləri soruşanlara da bildirmək istəyirəm ki, madiyyat müəyyən etapdan sonra önəmli məsələ deyil. Bu qərarımdan sonra haqqımda çox yazıldı ki, guya Almaniyada aldığım məbləğ doğru deyil, hətta şişirdilmiş məbləğ olduğunu da deyənlər var idi. Araşdırsanız görərsiniz ki, Almaniyada həkimlər nə qədər qazanır. Müəyyən keyfiyyətlərə məxsus həkimlərin məvacibi istisna hal olaraq nə qədər artırılır. Bu məsələlərdə madiyyat önəm daşımır. Önəmli olan mənim doğma vətənimə qayıtmağım və burada çalışmaq haqda verdiyim qərardır. Mən Almaniyaya getməzdən əvvəl də düşünürdüm ki, xarici ölkədə hər hansı bilik və bacarıqlara yiyələndikdən sonra Vətənimə qayıdacağam. Həmin an da gəlib çatdı. Düzünü desəm hələ bir-iki il də orada işləməyi düşünürdüm, ancaq ölkədə səhiyyə sisteminin yenidən qurulması və tibbi sığorta vasitəsilə vətəndaşlar bütün xidmətləri ala biləcəkləri üçün geri dönmək qərarına gəldim. Azərbaycana qayıtmağımı sürətləndirən digər səbəb isə, ölkənin ürək ölümlərinə görə öndə gəlməsi oldu.
20 min avroluq işini atıb, Azərbaycana gələn həkim: Müalicə üçün xarici ölkəyə getməyi məsləhət görmürəm- Qeyd etdiyiniz kimi, Azərbaycan ürək xəstəliklərindən ölüm sayına görə ikinci yerdədir. Sizcə bu nə ilə bağlıdır?
- Ürək xəstəlikləri inkişaf etmiş ölkələrdə ön sıralardadır. Azərbaycanın ön sırada olmasının bir neçə subyektiv və obyektiv səbəbləri var. Bu səbəblərə coğrafi mövqeyimiz, geoloji şərtlər, genetik faktorlar, qidalanma tərzləri (biz heyvanmənşəli qidalardan çox istifadə edirik ki, bunlar da ürək xəstəliklərinin yaranmasında böyük rol oynayır), hazır qidalar, xörək duzundan çox istifadə, nikotinin qəbulu – bunlar hamısı ürək xəstəliklərini artıran səbəblərdir.
Bundan başqa tibb elminin təsir edə bilmədiyi faktorlar da var ki, buna genetik, yaş faktoru, kişi cinsinə aid olmaq, ekoloji şəraitə biz həkimlər təsir edə bilmirik. Ürək xəstəliklərinin çox olmasının digər səbəbi isə kardioloji müayinələrdən vaxtında keçməməyimizdir. Vaxtında keçilən müayinə nəticəsində hər hansı problemi aşkar edib prafilaktik tədbirlər, müalicələr edə bilərik.
20 min avroluq işini atıb, Azərbaycana gələn həkim: Müalicə üçün xarici ölkəyə getməyi məsləhət görmürəm- Almaniya tibb sistemindən səhiyyəmizə hansı yenilikləri gətirməyi düşünürsünüz?
- Almaniyanın dünyanın ən öndə gələn səhiyyə sisteminə malikdir. Çox şükür ki, bu gün Azərbaycanda səhiyyə sisteminin inkişaf etdrilməsi istiqamətində addımlar atılır. Ancaq reallıq odur ki, Azərbaycanın tibb sisteminin Avropanın öndə gələn tibb sistemi ilə müqayisə olunması düzgün deyil. Bunun da səbəblərində biri Almaniyada tibb sisteminin tam mükəmməl olması üçün illər tələb olunub. Bizdə isə bu sistem yeni tətbiq olunur. Zamanla bütün boşluqların dolacağına əminəm.
Yeniliklərdən danışsaq isə deyə bilərəm ki, öz sahəm üzrə Azərbaycanda da tibb sistemi kifayət qədər inkişaf edib. Kolleqalarımın əksəriyyəti Bakıda fəaliyyət göstərdiyi üçün şəhər vətəndaşları üçün əlçatan sistem qurulub. Regionlarda isə kadr çatışmazlığı var. Buna görə də işləmək üçün bölgələrdən birinə getmək qərarına gəldim. Niyyətim vətəndaşlarımız üçün əlçatan tibbi müayinə və müalicələri icra etməkdir. Digər tərəfdən isə regionlarda kadr yetişdirilmısinə dəstək olmaq istəyirəm.
- Almaniyada işləyərkən Azərbaycandan gələn pasientimiz olmuşdumu?
- Əlbəttə, Almaniyada çalşdığım zaman kifayət qədər Azərbaycandan gələn pasiyentimiz olurdu. Kimisi birbaşa çalışdığım xəstəxanın adına görə gəlirdi, kimlərsə də bilirdi ki, orada çalışıram ona görə həmin xəstəxanaya gəlirdi. Xəstəxananın yerləşdiyi əraziyə yaxın yaşayan azərbaycanlılar orada işlədiyimi bilib, problem olan zaman müraciət ediridlər. Biz də onlara lazım olan dəstəyi göstərirdik.
20 min avroluq işini atıb, Azərbaycana gələn həkim: Müalicə üçün xarici ölkəyə getməyi məsləhət görmürəm- Vətəndaşlarımız adətən müayinə və müalicə üçün xarici ölkələrə getməyi üstün tuturlar. Sizcə bu həkimlərə ya tibb sistemimizə olan inamsızlıqdan qaynaqlanır?
- Düzdür əvvəl vətəndaşlar müayinə və müalicə üçün xaricə gedirdi. Ancaq deyə bilərəm ki, indi ona ehtiyac yoxdur. Bir neçə ildir ki, səhiyyə sistemi mükəmməl səviyyədə inkişaf edib. Kardioloji cəhətdən bir neçə dünya ölkələri ilə qarşı-qarşıya durmaq potensialına sahibik. Təbii ki, hər bir insan öz həkimini seçməkdə azaddır. Ancaq mən bu gün vətəndaşlara əminliklə deyə bilərəm ki, Azərbaycanda da kifayət qədər peşəkar kolleqalara sahibik. Ona görə də bundan sonra heç bir xarici ölkəyə getməyi məsləhət görmürəm. İnamsızlığa gəldikdə isə, sığorta sistemi olmadığı dövrlərdə həkim və xəstə arasında müəyyən maneələr var idi. İnamsızlığın yaranmasının əsas səbəbi də məhz bu idi. Bu problem də İcbari Tibbi Sığorta sistemi vasitəsilə aradan qaldırıldı. Zənn etmirəm ki, bundan sonra həkim və xəstə arasında hansısa maneə qalsın.
Bildiyimiz kimi, fəaliyyətinizi TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasında davam etdirəcəksiniz. Niyə şəhər yox, regionda işləməyi seçdiniz?
- Təbii ki, Azərbaycanda fəaliyyətimi davam etdirmək istədikdə şəhərin nüfuzlu xəstəxanalarından təkliflər aldım. Ancaq burda bir nuans var idi ki, əgər mən işləməyə gəlirəmsə, bölgəni seçmək daha optimal variant idi. Çünki, Bakıda kifayət qədər peşəkar mütəxəssislərimiz var ki, bu regionda yaşayanlar üçün əlçatandır. Regionda yaşayan vətəndaşlar isə ürək xəstəliklərindən daha çox əziyyət çəkirlər. Bütün bunları nəzərə alıb regionda işləməyi seçdim.
- Son olaraq sizi Almaniyanı atıb Azərbaycana gəldiyinizə görə qınayanlara nə demək istərdiniz? 
- Bu sualınıza cavab olaraq deyə bilərəm ki, hər kəsin öz düşüncəsi var. Bu ele bir şeydir ki, bir insanın qərarı hamı tərəfindən müsbət qarşılana bilməz. İnsan hər hansı qərarı verərkən xoşbəxt olduğu halda, bu qərar digərlər insanlar tərəfindən doğru qəbul olunmur. Hər bir insanın doğruları var ki, buna görə də onu ittiham etmək düzgün deyil. Belə olan halda yaxşı olar ki, empati duyğusundan istifadə edək. İnsan xoşbəxt olduğu yerdə olmalıdır. Hansı ki, mənim də xoşbəxt olacağım yer vətənimdir. Biz əlimizdən gəldiyi qədər öz vətəndaşlarımıza dəstək olmağa çalışmalıyıq. Bunun da dövlət tərəfindən həkimlərə olan dəstəyi İcbari Tibbi Sığortanın olmasıdır. Bunun vasitəsilə biz vətəndaşlarımıza pulsuz şəkildə xidmət göstərə bilərik.
Günel Hüseynli

Sosial       Tarix: 20 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com qarabag dunya xeberleri kriminal bugun