20 Yanvar hadisələrinə həsr olunmuş "Tarixin canlı şahidləri" layihəsi həyata keçirilib - FOTO

20 Yanvar hadisələrinə həsr olunmuş "Tarixin canlı şahidləri" layihəsi həyata keçirilib - FOTO20 Yanvar hadisələrinə həsr olunmuş "Tarixin canlı şahidləri" layihəsi həyata keçirilib - FOTO
"İrəli" İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 20 Yanvar hadisələrinə həsr olunan "Tarixin Canlı Şahidləri" adlı görüş həyata keçirilib.
200-ə yaxın gəncin iştirak etdiyi, Malik Bağırovun moderatorluğu ilə baş tutan görüşün əsas məqsədi üstündən uzun illər keçsə də, qəhrəmanlıq tariximizin bu şanlı səhifəsini gələcəyimiz olan gənclərə bilavasitə şahidlərin öz dili ilə çatdırmaq, onlarda vətənpərvərlik hislərini gücləndirmək və Azərbaycan xalqının mübarizə tarixini gənclərə aşılamaq olub.
Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövət Himni səslənib və vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar hadisələri haqqında öz fikirlərini bölüşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev bildirib ki, 31 il keçməsinə baxmayaraq gənclər və gənclər təşkilatları bu cinayəti dünya ictimaiyyətinə çatdırmaqda öz işinə davam etməlidir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli vurğulayıb ki, 20 Yanvar hadisələrində öz canlarından keçən şəhidlərimiz gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olub.
Daha sonra "İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışında bildirib ki, 20 Yanvar şəhidləri vətən yolunda, xalq yolunda, bugünkü azadlığımız və müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların ömrü vətənin ömrü qədərdir.
Anım tədbirində yazıçı, jurnalist Orxan Fikrətoğlu və 20 Yanvar hadisələrinin şahidləri tərəfindən tarixin reallıqları müzakirə edilib. Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir.
Tədbir zamanı 20 yanvar gününün şahidləri də baş vermiş hadisələrin reallıqlarını gənclərimizlə bölüşərək, gələcək nəsilin bu torpağın qoruyucuları olduqlarını vurğulayıblar. Görüşdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub, haqq savaşında aparılan mübarizədə qalib gələn igidlərimizə təşəkkür edilib, qalibiyyətimizi şəhidlərimizə borclu olduğumuz bildirilib.
Eyni zamanda 20 Yanvar tarixində "İrəli" İctimai Birliyi 60-dan çox üzvü və digər gənclər təşkilatları ilə birgə Şəhidlər Xiyabanını ziyarət edərək, dövlətimizin müstəqilliyi uğrunda canından keçən vətən övladlarının xatirələrini yad edib.
Qeyd edək ki, "İrəli" İB bundan əvvəl də davamlı olaraq 20 Yanvar hadisələrinə həsr olunan xüsusi videoçarxlar hazırlayıb, anım yürüşləri və müxtəlif tədbirlər həyata keçirib.
20 Yanvar hadisələrinə həsr olunmuş "Tarixin canlı şahidləri" layihəsi həyata keçirilib - FOTO20 Yanvar hadisələrinə həsr olunmuş "Tarixin canlı şahidləri" layihəsi həyata keçirilib - FOTO20 Yanvar hadisələrinə həsr olunmuş "Tarixin canlı şahidləri" layihəsi həyata keçirilib - FOTO20 Yanvar hadisələrinə həsr olunmuş "Tarixin canlı şahidləri" layihəsi həyata keçirilib - FOTO

Sosial       Tarix: 20 yanvar 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildə

Nyu-York qışa hazırlaşır: 500 milyon funt duz, 2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. . xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməs

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arva

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, KIA markalı minik avtomobilini

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

"Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətl


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 xəbərlər xəbər son xəbər