20 yanvar'da xaotik vəziyyətə nə vaxt son qoyulacaq? - AYNA-dan cavab

20 yanvar'da xaotik vəziyyətə nə vaxt son qoyulacaq? - AYNA-dan cavabBakının "20 yanvar" metrosu ərazisində avtomobillərin hərəkəti ilə bağlı vəziyyət olduqca acınacaqlıdır.
Sərnişin avtobusları avtobus zolağında dayanmır. Sərnişinlər avtobusu yolun ortasında gözləyirlər. Taksi fəaliyyətilə məşğul olanlar imkan vermirlər ki, avtobuslar dayanacaqda normal dayansınlar.
Bu barədə vətəndaşlar kütləvi olaraq BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Ekspertlər də sözügedən ərazidə vəziyyətin acınacaqlı olduğunu deyirlər.
Nəqliyyat üzrə tanınmış ekspert Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də, "20 yanvar" dairəsi ilə bağlı problemlər çoxdur.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müxtəlif addımlar atıldı. Orada taksilərin, avtobusların hərəkətini tənzimləyən yeniliklər tətbiq edildi. Amma görünür ki, sərnişinlər inadlarından əl çəkmir. Sürücülər də onlar kimi inadlaşırlar. Belə bir əcaib mənzərə ortaya çıxır", - deyə ekspertbildirib.
E.Muradlı onu da vurğulayıb ki, AYNA həmin ərazidə hərəkətin təşkilində müəyyən dəyişikliklər etsə də, hələki bu öz bəhrəsini verməyib:
"Avtobusların, taksilərin fəaliyyətilə bağlı yeni konsepsiya ortaya qoydu. Lakin bu konsepsiyanı icra etməyənlər var. Xüsusən də taksi sürücüləri buna əməl etmirlər. Hesab edirlər ki, burada müştəri götürmək üçün yaxşı yerdir. Lakin onlara müştəri götürmək üçün Avtovağzalda Yer təklif olunub. Onlar buna əməl etmirlər. Görün hansı həddə çatıb ki, 100 manat və 2 ballıq cərimədən qorxmurlar.
Əsas prinsip "20 yanvar" dairəsini dağıtmaq, taksiləri və sərnişinləri Avtovağzala yönləndirməkdir. Orada da şəhər və rayonua gedən marşrutlar var. Orada normal şərait yaradılıb.
Lakin insanlar bura öyrəşib. Əslində bu belə olmamalıdır. Yeni mexanizmlər qurulub, biz buna öyrəşməliyik. Yol polisi və AYNA həmin ərazidə mütəmadi reydlər təşkil etməlidir".
Məsələ ilə əlaqədar nəqliyyata davabdeh qurum olan AYNA ilə əlaqə saxladıq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov BAKU.WS-ə bildirdi ki, 20 yanvar metrostansiyası yaxınlığında yaranan vəziyyətin aradan qaldırılması üçün AYNA tərəfindən kompleks tədbirlər həyata keçirilib.
"Sumqayıt istiqamətinə gedən vətəndaşlar üçün paytaxtın müxtəlif ərazilərindən həmin istiqamətdə fəaliyyət göstərən avtobus marşrutlarına əlçatanlığın təmin edilməsi istiqamətində addımlar atılıb".
Qurum rəsmisi deyir ki, vətəndaşlar üçün "20 yanvar" metrostansiyası yaxınlığından müxtəlif istiqamətlər getmək üçün hər cür şərait yaradılıb:
"Sumqayıt şəhərinə daha tez çatmaq üçün vətəndaşlar "Avtovağzal" metrostansiyasına gələrək müasir və komfortlu "Neoplan" avtobusların fəaliyyət göstərdiyi 595 nömrəli ekspres marşrut xətti, habelə Saray qəsəbəsindən keçməklə 503 nömrəli müntəzəm marşrut xətti ilə gedə bilərlər. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir.
Sumqayıta paytaxtın "Azadlıq prospekti" metrostansiyasından da yola düşmək də mümkündür. Metrostansiyanı Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərir.
Eyni zamanda "20 Yanvar" metrostansiyasının yaxınlığından və "Şamaxinka" adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir".
Qeyd edək ki, Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır.
Hazırda Bakı şəhərinin istənilən ərazisindən avtobus və metro vasitəsilə "Avtovağzal" metrostansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür.
Qeyd edək ki, HUB-dan Bakı və Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif istiqamətlərinə 27 marşrut üzrə 260-dan çox avtobusla sərnişin daşımaları həyata keçirilir. / azxeber.com

Sosial       Tarix: 15 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Son zəng"də bunlar qadağandır - Rəsmi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədə

Neft yenidən ucuzlaşdı

Dünya bazarlarında neft yenidən ucuzlaşıb. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 93,41 dollara, yüngül neftin bir barreli isə 90,16 dollara təklif edilir

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan -a bildirilib ki, onu

Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub. Belə ki, "Lada" markalı avtomobilin aşması nəticəsind

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasını

Göygöldə 2 uşaq göldə boğularaq ölüb

Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb. 2 nəfərin göldə çimən zaman batdığı bildirilir. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb. İlki

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Hidayət Orucov vəfat etdi

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib. APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət v


yeni xeberler azerbaycan xeberleri son xeberler hava sou xeberler dunya xeberleri sou biznes