2008-ci ildəki qlobal maliyyə böhranı təkrarlana bilərmi? - BVF rəhbərindən XƏBƏRDARLIQ
"Qlobal iqtisadiyyatın zəifliyi səbəbindən qaçılmaz "bum" ola bilər".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgieva xəbərdarlıq edib. Georgieva 2008-ci ildəki kimi başqa bir böhrandan qorxmağa ehtiyac olmadığını deyib. Bununla belə, o, Ukraynadakı münaqişə, inflyasiyanın artması və Çin-ABŞ mübahisəsini qlobal iqtisadiyyat üçün risk adlandırıb:
"Dünya üzrə mərkəzi banklar yüksək inflyasiyanı aşağı salmaq üçün mübarizə apardıqca, qlobal iqtisadiyyat daha həssas olur. Maliyyə qeyri-sabitliyi və iqtisadi ləngimə isə bu sistemin kövrəkliyinin nəticəsidir. Uzun illər aşağı olduqdan sonra hazırda faiz dərəcələrinin yüksəlməsi üçün heç bir səbəb yoxdur",, – BVF rəhbəri vurğulayıb.
Bu arada Georgieva dünyanı əmin edib ki, ABŞ bank sistemi və İsveçrə bank sektorunun üzləşdiyi problemlərə baxmayaraq, 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranının təkrarlanma şansı yoxdur: "2008-ci il böhranının səbəbi maliyyə institutlarının öz balans aktivlərini saxlaması olub. Bununla belə, indiki vəziyyət daha yaxşıdır. Hazırda maliyyə sistemi daha təmizdir".
Georgieva Ukraynadakı münaqişənin mümkün mənfi nəticələri, eləcə də Çin və ABŞ arasında artan inamsızlığın fəsadları barədə xəbərdarlıq edib. O, Qərbin öz dəyərlərinə güzəştə getməməsinin vacib olduğunu bildirib. Bununla belə, qlobal tərəfdaşlarla münasibətlər gərgin olarsa, ticarət itkiləri 200 milyarddan 7 trilyon dollara və ya qlobal ÜDM-in 0,2%-dən 7%-ə qədər ola bilər. BVF rəhbəri xərclər spektrinin aşağı hissəsində qalmağa çalışmağın vacibliyinə diqqət çəkib.
"2023-cü il qlobal iqtisadi artım üçün çətin il olacaq. Mərkəzi Bankın sərt pul siyasəti, eləcə də Ukraynadakı münaqişə ÜDM artımının 3 faizdən aşağı düşməsi ilə nəticələnəcək. Buna görə də, ölkələri həmrəyliyə və əməkdaşlığa çağırıram. Çinin qlobal iqtisadi sistemə inteqrasiyası 800 milyondan çox insanı yoxsulluqdan xilas edib. Qlobal iqtisadiyyat son 40 ildə üç dəfə artıb. İnkişaf etməkdə olan ölkələr bundan faydalanıblar", – deyə BVF rəhbəri fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi