2019 və 2022-nin DEKABRI - Koronavirus QAYIDIR?

2019 və 2022-nin DEKABRI - Koronavirus QAYIDIR?2019-cu ilin dekabrında Çinin Xubey əyaləti, Uhan şəhəri, ardınca Qərbin nəzarətində olan dünya koronavirus fəryadı çəkirdi. Həmin dövrdə Rusiya və postsovet ölkələrində COVID-19 barədə lətifələr tirajlanırdı. Kimsə ciddi yanaşmırdı. Azərbaycan mətbuatında koronavirusun önünə ölümcül sözünün əlavə olunması müsbət qarşılanmırdı. Ölkənin ovaxtkı baş infeksionisti bütün müsahibələrində virusu adi qrip növü adlandırırdı. Sonradan dünyada kovid epidemiyaya çevrildi və Azərbaycanın o dövrkü baş epidemioloqu da xəstəliyi sıradan azar adlandırırdı. 2020-ci il fevralın 27-si Operativ Qərargah yaradıldı. İnfeksionistlər də yeniləndi, epidemioloq da dəyişdi. Ümumdünya Səhiyyə Təşkilatının məsləhətləri vacib əməl olunmalılar siyahısına düşdü.
KONKRET.az xəbər verir ki, məqsəd dünyada sürətlə yayılan virusun Azərbaycan fəsadlarının qarşısını almaq idi. Ölkəmiz nümunəvi qabaqlayıcı tədbirlər gördü, karantin rejimi tətbiq etdi, əhali pulsuz vaksinlə (SinoVac) təmin olundu.
2020-2021-ci illərdə 2 doza peyvənd olunduq, buster mərhələni də keçdik və 2022-də koronavirus məhdudiyyətləri, könüllülük prinsipilə sırınan məcburiyyətləri adladıq. Hazırda Yeni ilə hazırlaşır və kovidə yenə istehzalı yanaşırıq. Hazırda dekabrdır. 2019-cu ilin dekabrında da Qərbin Şərqdə yaratmaq istədiyi virus quldarlığını məzhəkəyə qoyurduq.
O vaxt COVID-19 barədə dolaşan qeyri-rəsmi məlumatlar:
– Massonlar bu virusla insan sayını azaltmaq istəyir;
– Vaksinlər kütləvi ölüm və sonsuzluğun ikinci mərhələsi olacaq;
– Əvvəlcə könüllü, sonra isə məcburi peyvəndləmə aparılacaq;
– Rusiya COVID-19 məhdudiyyətlərini Ukraynanın bir hissəsi və "Sputnik V" vaksinlərinin satışı müqabilində qəbul edib;
– Karantinlərlə aclıq, zəif dövlətlərin iqtisadi asılılığı gücləndirilir;
– Ailə institutları məhv edilir;
– COVID-19 5 dalğadan ibarət olacaq və 5G-yə keçiddir;
– Növbəti vaksinasiyada insanlara çip yerləşdiriləcək və s.
Halbuki virus təzə yayılanda müsbət 26°-də məhv olduğu deyilirdi, lakin ən çox yoluxma qışda, şaxtada qeydə alındı. Virusun ilk yayıldığı ölkə – Çinin dünyada ən çox əhaliyə sahib olmasına baxmayaraq ən az ölüm orda qeydə alınmışdı.
Görünür plan dəyişib.
Dekabrın əvvəlindən bu yana Çin əhalisinin 248 milyondan çoxu koronavirusa yoluxub. Çinlilərin 20%-ə qədəri COVID daşıyıcısıdır. "Bloomberg"in məlumatına görə təkcə 20 dekabr tarixində 37 milyon çinli virusa yoluxub.
Bəzi ekspertlərin fikrincə, bu yoluxma Çin iqtisadiyyatını axsadacaq, çünki iş yerlərində ixtisarlar baş verəcək. Həm də Çindən ixracın 90 faizini təmin edən 80 şəhərdə yüksək yoluxma qeydə alınıb. Bu templə yanvarın sonuna kimi Çin əhalisinin yarıdan çoxu yoluxma ilə üzləşə bilər. Çindəki yoluxmalar qəfil və genişmiqyaslı xarakter alsa da, başqa ölkələrdə də vəziyyət qənaətbəxş deyil.
Qeyd edək ki, Rusiya-Ukrayna savaşının başlaması ilə COVID-19 arxa plana keçdi və onu meymunçiçəyi ajiotajı ilə əvəzləyə bilmədilər. Görünür, Ukrayna ilə bağlı atəşkəs elan olunsa, marta (2023) qədər planet yenə maskalanacaq. Ya da təzə buster dozalar əvvəlcə tövsiyə olunacaq, ardınca məcbur vurulacaq. Müddətsiz olan peyvəndə vaxt qoymasalar, yaxşıdır.
Azərbaycanda yoluxmalar heç 200-ə çatmadığından əhali arasında rahatlıq hiss olunur. Hər halda sağlamlığımızı qoruyaq ki, yumşalmış karantin sərtləşməsin. 190 manata möhtac qalmayaq.
KONKRET.az-ın Araşdırma Qrupu

Sağlamlıq       Tarix: 24 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər valyuta beynelxalq bank mezenne xeber saytlari