Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
1946-1950-ci illərə aid məxfiliyi açılmış CIA sənədlərinin əsas intriqası casusluq texnikasından çox, bir adamın, İosif Stalinin beyninə yol tapmaq cəhdi oldu. Müharibədən sonra Harri Truman təzə yaradılmış Hesabatlar və Qiymətləndirmələr İdarəsinə (ORE) mühüm vəzifə həvalə etdi: sovet liderinin qərarlarını fasiləsiz proqnozlaşdırmaq.
Analitiklərdən ibarət bütöv bir şöbə hər gün dünyanın hər yerindən informasiya fraqmentlərini diqqətlə toplayırdı. Onlar gündən-günə icmallar hazırlayır və cavab axtarırdılar: Stalin Berlində blef edir, yoxsa birbaşa müharibəyə hazırdır? Marşal planına necə reaksiya verəcək? Koreya barədə nə qərar qəbul edəcək? Yüzlərlə mütəxəssis məlumat çatışmazlığı və ağır vaxt təzyiqi şəraitində Kremldəki yeganə adamın məntiqini qabaqlamağa və hesablamağa çalışırdı.
"Stalinşünaslıq" institutu
Stalinin niyyətlərini anlamaq üçün CIA analitikləri təkcə diviziyaların hərəkətini deyil, həm də Siyasi Büronun kadr dəyişikliklərini, "Pravda" qəzetindəki məqalələrin mətnlərini və hətta sovet təbliğatındakı dəyişiklikləri təhlil etməli olurdular.
"Küçədən" gələn analitiklər
İlk CIA analitiklərinin çoxu digər qurumların ləğvindən sonra bu şöbəyə düşmüşdü. Kremlin sirlərinə birbaşa çıxışları olmadığından onlar Stalinin planlarını dolayı əlamətlərə görə, sözün əsl mənasında, "təxmin etməyə" məcbur idilər və Trumana gündəlik icmallar təqdim edirdilər.
Çin üzrə əsas uğursuzluq
Stalinin və onun müttəfiqlərinin düşüncə prosesi üzərində gündəlik işə baxmayaraq, CIA analitikləri 1950-ci ilin oktyabrında Çinin Koreya müharibəsinə birbaşa müdaxiləsini "ehtimalsız" saydılar. Bu, onlar üçün soyuq duş oldu.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək
Süni tənəffüs aparatına qoşuldu
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı
"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı
Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?
Bu il qızıl nə qədər ucuzlaşıb?
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib