Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar 

Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar "Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarının dəstəklənməsi və 2028-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bəyan etməsi ölkəmizin təşkilat çərçivəsində fəallığının artırılması, regional əməkdaşlığın gücləndirilməsi və siyasi-diplomatik əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qərar Azərbaycanın MDB məkanında dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə vermək niyyətini nümayiş etdirir. Eyni zamanda, ölkəmizin təşkilat daxilində siyasi nüfuzunun artmasına və daha fəal rol oynamasına şərait yaradır. Bu, həm də Azərbaycana göstərilən yüksək etimadın ifadəsidir".
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
"Azərbaycanın 2027–2028-ci illər üzrə həmsədrlik və sədrlik təşəbbüsləri ölkəmizin regional siyasətində mühüm diplomatik addımdır. Bu, Azərbaycanın beynəlxalq təşəbbüslərdə iştirakını genişləndirmək, üzv dövlətlərlə qarşılıqlı faydalı münasibətləri gücləndirmək və regional əməkdaşlığın inkişafına töhfə vermək imkanlarını artırır.
2026-cı il oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində gündəmə gələn bu məsələ Azərbaycanın təşkilat daxilində mövqeyinin möhkəmləndirilməsi və xarici siyasət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Həmsədrlik və gələcək sədrliyə hazırlıq ölkəmizin MDB-də etibarlı tərəfdaş və fəal iştirakçı mövqeyini daha da gücləndirir.
Bu proses regional iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsinə də töhfə verə bilər. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu MDB məkanında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm üstünlüklər yaradır. Ölkəmiz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri vasitəsilə regionlararası yükdaşımaların təşkilində mühüm rol oynayır".
E. Səftərov vurğulayır ki, 2027–2028-ci illərdə ticarətin genişləndirilməsi, nəqliyyat bağlantılarının inkişafı, investisiya əməkdaşlığının gücləndirilməsi və iqtisadi dayanıqlılığın artırılması istiqamətində yeni imkanlar yarana bilər. 
"Bu təşəbbüslərin reallaşması Azərbaycanın tranzit potensialından daha səmərəli istifadəsinə, ölkəmizə investisiya marağının artmasına və regional ticarət əlaqələrinin möhkəmləndirilməsinə şərait yarada bilər.
Eyni zamanda, həmsədrlik və sədrlik siyasi-diplomatik dialoqun dərinləşdirilməsi üçün əlavə imkanlar açır. Bu format müxtəlif dövlətlərin maraqlarının uzlaşdırılmasına, ortaq məsələlər üzrə məsləhətləşmələrin intensivləşdirilməsinə və ikitərəfli münasibətlərin genişləndirilməsinə xidmət edə bilər.
Siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar, mədəni və ictimai münasibətlərin inkişafı da mühüm əhəmiyyət daşıyır. Turizm, idman, təhsil və elm sahələrində əməkdaşlığın genişlənməsi dövlətlərarası əlaqələrin yalnız siyasi-iqtisadi müstəvidə deyil, bütün istiqamətlər üzrə möhkəmlənməsinə töhfə verər.
Bu cür təşəbbüslər yaranan diplomatik imkanlardan səmərəli istifadə edərək onları konkret nəticələrə çevirmək üçün geniş fürsətlər yaradır".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 11 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: "İmkan verməyəcəyik"

"Türkiyə Ankara ilə Bakı arasına heç bir ölkənin və siyasi dairənin girməsinə imkan verməyəcək". KONKRET. -a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüs

AnewZ': Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib

Almaniyanın keçmiş kəşfiyyat rəisi Avqust Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur. . Bu barədə məlumatlı mənbələrdən "Anewz"ə bildirilib. . Almaniya kəşfiyyat orqanları Azərbaycan tərəfin

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiy

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana

Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır

Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır. xəbər verir ki, bunu İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları ilə azad edilmiş ərazilərə səfər edən Moldovanın keçmiş Baş naziri Çiri

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlə

Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfəri çərçivəsində oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib. Azərbaycan 2025-ci ilin noyabrınd

Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan

Məkkə Müdafiə Alyansı müdafiə müqaviləsidir. Bu müqavilənin tərəfi olan bir ölkəyə hücum edilərsə, siz onun yanında olursunuz. -a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib. "Bu

İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsini


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam.az xeberler son xəbərlər iqtisadiyyat xeberleri bugun son xeberler bugun 2026 muharibe