Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO

Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTOErmənistanın Tavuş vilayətinin Ayqepar kəndi yaxınlığında yerləşən Azərbaycan mövqeyində aparılan mühəndis işlərindən sonra ərazinin yeni peyk görüntüləri yayımlanıb.
KONKRET.az xəbər verir ki, erməni mənbəsi Azərbaycanın Ayqepar yaxınlığında, sovet dövründəki sərhəddən təxminən 500 metr məsafədə, Ermənistan ərazisi olduğunu iddia etdiyi sahədə mövqeyini möhkəmləndirdiyini bildirib.
Mənbə qeyd edib ki, bu barədə daha əvvəl də məlumat yayıb, lakin həmin vaxt təqdim olunan görüntülər daha bulanıq olub.
İndi isə ərazinin daha keyfiyyətli peyk görüntüsü əldə edilib.
Mənbənin məlumatına görə, görüntüdə 2023-cü ildən sonra, əsasən 2024-cü ildə baş vermiş dəyişikliklər aydın görünür.
Mövqenin Ermənistan ərazisində yerləşməsi barədə iddia erməni mənbəsinə məxsusdur və müstəqil şəkildə təsdiqlənməyib.
Bir daha xatırladırıq ki, Ermənistanın revanşist dairələri və onlara yaxın media resursları bu tipli xəbərləri yaymaqla Azərbaycan ordusunun sərhəddəki mövqelərinə münasibətdə necə təşviş içində olduqlarını nümayiş etdirirlər. Onların bu cür məlumatları təqdim etməsi, köhnə xəritələri yenidən gündəmə gətirməsi və hər dəfə Azərbaycan əsgərinin mövqeyini mübahisələndirməyə çalışması həm təxribat xarakteri daşıyır, həm də revanşist düşüncənin hələ də aradan qalxmadığını göstərir.
Bu gün əllərinə sovet dövründən qalma xəritələri alıb, onları sağa-sola yelləyərək hay-küy qoparanlar bir həqiqəti unutmamalıdırlar. İstər peykdən, istər havadan, istər qurudan, istərsə də başqa vasitələrlə xəritələr göstərsinlər, bu, onların 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladıqları faktını dəyişmir.
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTOBu gün Azərbaycanla xəritə söhbəti edənlər, sərhədlərin toxunulmazlığından, dövlətlərin suverenliyindən, ərazi bütövlüyündən və beynəlxalq hüquqdan danışanlar vaxtilə həmin prinsipləri özləri pozmamalı idilər. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlayanlar indi sərhəd və xəritə məsələlərində özlərini beynəlxalq hüququn müdafiəçisi kimi təqdim etməyə çalışırlar.
Bəs həmin beynəlxalq hüquq Azərbaycan torpaqları işğal altında saxlanılarkən harada idi? Nə üçün bu gün hərbi mövqelərin yerini ölçən, sovet xəritələrində metr hesablayan dairələr o zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etmirdilər?
Bu gün Azərbaycan əsgərinin mövqeyi ətrafında hay-küy qoparanlar bilməlidirlər ki, Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarının böyük hissəsini işğaldan azad edib, 2023-cü ilin sentyabrında isə ölkəmizin bütün ərazisində suverenliyini tam bərpa edib.
İndi Azərbaycanın hərbi mövqelərini müzakirəyə çıxaran revanşist dairələr əvvəlcə öz keçmişlərinə baxmalıdırlar. Onlar 30 ilə yaxın davam edən işğal siyasətinin hansı nəticələrə gətirib çıxardığını unutmamalıdırlar.
Azərbaycan əsgəri bu gün öz dövlətinin təhlükəsizliyini qoruyur. Azərbaycan sərhədlərinin hüquqi müəyyənləşdirilməsi isə beynəlxalq hüquq və delimitasiya prinsipləri əsasında həyata keçirilir. Heç bir köhnə xəritə ətrafında qaldırılan hay-küy Azərbaycanın ərazi bütövlüyünü və bərpa edilmiş suverenliyini şübhə altına ala bilməz.
Azərbaycan Ordusu öz sözünü döyüş meydanında deyib. İşğala son qoyulub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. İndi isə qalanını Ermənistanın revanşist dairələri düşünsün. Onlar anlamalıdırlar ki, Azərbaycanı yenidən köhnə xəritələr və keçmişin işğalçı düşüncəsi ilə üz-üzə qoymaq cəhdləri regiona heç nə qazandırmayacaq.

Siyasi       Tarix: 10 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni reallıqla

Azərbaycan hərbçisi ilə bağlı İrəvandan YENİ QƏRAR – Paşinyan detalları açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan sərhədi keçərək Şəki kəndinə daxil olan Azərbaycan hərbçisinin cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcəyini bildirib. xəbər verir ki, Paşinyan bunu hökumət saatında "Gücl

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiy

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRİPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qazaxıstan Mərkəzi Asiya dövlətləri və Azərbaycan tərəfindən süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamağı təklif edib. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezident

Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır

Ortamüddətli perspektivdə məqsədimiz Azərbaycan üzərindən Şərq–Qərb və Şimal–Cənub marşrutlarının hər biri üzrə yükdaşımaların həcmini 15 milyon tona çatdırmaqdır. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaş

Nikol Paşinyan Türkmənistana getdi

Ermənistan Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Türkmənistana yola düşüb. xəbər verir ki, Paşinyan Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək. Paşinyan səfər öncəs

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlə

Bu faciə ilə üzləşmiş ailələrə hərtərəfli dəstək göstəriləcək – Prezident

Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən yeni xəbərlər metbuat bugünkü son xəbərlər