Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır.
azxeber.com xəbər verir ki, bunu İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları ilə azad edilmiş ərazilərə səfər edən Moldovanın keçmiş Baş naziri Çiril Qaburiçi APA-ya açıqlamasında bildirib.
"Əminəm ki, itkin düşmüş şəxslər barədə Ermənistan tərəfində məlumatlar var. Onlar bu məlumatları paylaşmalıdırlar",- Çiril Qaburiçi qeyd edib.
O, ərazilərdə evlərin, məktəblərin və uşaq bağçalarının tikildiyini, insanların doğma torpaqlarına qayıtdığını vurğulayıb:
"İlk növbədə təşkilatçılara çox minnətdaram ki, bizi Qarabağa gətiriblər. Biz bütün nümayəndə heyəti ilə burada nə baş verdiyini görə bildik. Ən əsası isə gördük ki, insanlar gəlib burada yaşamağa qayıdırlar. Uzun müddət geri qayıtmaq istədikləri torpaqlarına, evlərinə gəlirlər. Cənab Prezident İlham Əliyev insanların buraya qayıtması üçün əlindən gələni edir".
O bildirib ki, ərazilərin minalardan təmizlənməsi insanların burada sülh və əmin-amanlıq şəraitində yaşaması üçün vacibdir.
"İkinci məsələ isə minalanmış ərazilərdir. Ərazilər minalardan təmizlənməlidir ki, insanlar burada, Qarabağda sülh və mehribanlıqla dinc yaşaya bilsinlər.
Minalardan təmizlənmiş ərazilər, bu, sülh deməkdir, bu o deməkdir ki, uşaqlar burada sakit oynaya bilər, hər kəs öz işini rahatlıqla görə bilər".
Xidmetler [newsid: 0-123300]

Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib