2021-ci ildə Azərbaycanı hərbi sahədə nələr gözləyir? - EKSPERT RƏYİ
2021-ci ildə Azərbaycanı hərbi sahədə nələr gözləyir? - EKSPERT RƏYİ
"2021-ci ildə Ordumuzun ötən il qazandığı uğurun təhlilindən ibarət olacaq. Bu təhlil nəticəsində Ordumuzun ştat strukturunda müəyyən dəyişikliklər edilməsi, yeni silah və sursatların əldə edilməsi, Türkiyə ilə müdafiə sahəsində, xüsusilə silah vasitələrinin istehsalında birgə müəssisələrin yaradılması gözlənilir".
Bunu Oxu.Az-a hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev bildirib.
Hərbi ekspertin sözlərinə görə, aşağıdakı dəyişikliklər olacaq:
"Bu il siyasi müstəvidə Qazaxın yeddi, Naxçıvan və Gədəbəyin anklavda olan kəndləri ilə bağlı bəlli bir qərar qəbul ediləcək.
Rusiya sülhməramlılarının Türkiyə hərbçiləri ilə birgə Monitorinq Mərkəzində daha məsuliyyətli olacağı gözlənilir. Bu il Laçın şəhərindən Xankəndiyə alternativ yolun açılması ilə Rusiya sülhməramlıları Laçın şəhərini boşalda bilər.
Bu il Müdafiə Nazirliyinin işğaldan azad edilmiş rayonlarımızda Dövlət Sərhəd Xidməti ilə birgə dövlət sərhədinin müdafiəsi və mühafizəsi fəaliyyəti geniş vüsət alacaq. Yeni sərhəd dəstələrinin yaradılması, onların yerləşdirilməsi, qoşunların təminat və təchizatında müsbət dəyişiklik gözlənilir".
Səbuhi Musayev

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub