2023-də ucuzlaşmalar olacaqmı? - AÇIQLAMA

2023-də ucuzlaşmalar olacaqmı? - AÇIQLAMAProqnozlara görə, 2023-cü ildə inflyasiya səviyyəsi nisbətən aşağı düşəcək. Ekspertlər hesab edir ki, 2023-cü ildə inflyasiya səviyyəsinin 2022-ci illə müqayisədə azalması gözlənilir. Əgər belə olarsa, müəyyən sahələrdə qiymətlərin ucuzlaşması da müşahidə oluna bilər.
Məsələ ilə bağlı iqtisadçı ekspert Emin Qəribli azxeber.com-a fikirlərini bildirib. Onun sözlərinə görə, növbəti il inflyasiyanın nisbətən azalması gözləniləndir:
2023-də ucuzlaşmalar olacaqmı? - AÇIQLAMA"İnflyasiyanın azalması gələn il gözlənilir. Amma bu məsələlərlə bağlı inkişaf proqnozları var, müəyyən ssenarilər üzrə qurulur. Gələn il dünya iqtisadiyyatında resessiya (iqtisadi artım templərinin zəifləməsi və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsi) davam edərsə, təbii ki, bu, iqtisadiyyatın bütün sahələrinə təsir edəcək, o cümlədən də, enerji daşıyıcılarına. Son dövrlər enerji daşıyıcılarında azalmanı da hiss edirik. Təbii ki, bu da sənaye məhsullarına təsir edə bilər və bu ssenari ilə dünya iqtisadiyyatında resessiya davam edərsə, dünya bazarlarında məhsullarda müvəqqəti ucuzlaşmalar ola bilər. Amma bu, müvəqqqəti xarakter daşıya bilər".
Ekspert qeyd edib ki, dünya iqtisadiyyatında iqtisadi inkişaf baş verərsə, burada azalma olmaz. Nisbətən inflyasiyanın dərəcəsinin azalması ola bilər. Çünki artıq inkişaf etmiş ölkələrin əksəriyyəti qabaqlayıcı tədbirlər görürlər. Yəni burada söhbət daha çox inflyasiyanın keçən il, ondan öncəki illə müqayisədə azalmasından gedir. 
Emin Qəribli bildirib ki, son illər dünyada gedən proseslər dayanarsa, həmin gərginliklər səbəbilə baş verən qiymət artımları azala bilər:
"Bir şeyi də qeyd etmək lazımdır ki, son illər ərzində, pandemiya dövründə qida məhsullarının qiymətləri kəskin artırdı. Buna səbəb də qeyri-sabit geoiqtisadi və geosiyasi durumdur. Rusiya-Ukrayna münaqişələr və digər səbəblər. Bu problemlər həll olunarsa, o zaman müəyyən gərginlik aradan qaldırıla bilər, bu sahədə müəyyən azalmalar müşahidə oluna bilər. Yəni məhz qeyd olunan gərginliklərlə bağlı baş verən artım azala bilər. Dünya iqtisadiyyatına baxanda görünür ki, inflyasiya dərəcəsi ən azından 2-3 faiz mütəmadi olur. Azalma olsa da, həmin faizlə bağlanır. Ona görə də qiymətlərin kəskin ucuzlaşmasını hiss etmək olmur". 
Aydın Nuri

İqtisadiyyat       Tarix: 10 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən canlı son xəbərlər azərbaycanda en son xeberler bu gun son xeberler bugun 2026 azerbaycan