Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhəti olmadan qəbulu, xüsusilə tərkibindəki maddələr və istifadə olunan dozalar nəzərə alınmadıqda, sağlamlıq üçün ciddi risklər yarada bilər.
Bəs protein tozlarından istifadə zamanı hansı məqamlara diqqət yetirilməlidir və bu əlavələr orqanizmə necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, protein tozları, ilk növbədə, həkim məsləhəti əsasında qəbul edilməlidir.
Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar"Xüsusilə böyrək xəstəliklərindən əziyyət çəkən şəxslər bu cür məhsullardan istifadə edərkən ehtiyatlı olmalıdırlar.
İdmanla məşğul olan şəxslər bəzən öz sağlamlıq vəziyyətlərini bilmədən, ətrafdakı insanların tövsiyələrinə əsaslanaraq protein tozları qəbul edirlər. Halbuki xroniki böyrək çatışmazlığı olan şəxslərdə zülal qəbulunun artırılması vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər.
Protein tozlarının tərkibi də xüsusi diqqət tələb edir. Bazarda müxtəlif məhsullar mövcuddur və onların hamısının tərkibi eyni deyil. Bəzi əlavələrə əzələ kütləsini sürətlə artırmaq məqsədilə steroidlər və ya digər təsiredici maddələr əlavə edilir. Belə məhsulların nəzarətsiz və uzunmüddətli istifadəsi qaraciyər də daxil olmaqla, müxtəlif orqanlara zərər verə bilər".
Qida texnoloqu vurğulayıb ki, ağır fiziki yüklənmə ilə məşğul olan idmançılar ürək-damar sisteminin sağlamlığına da diqqət yetirməlidirlər. "Tərkibində steroidlər və digər təsiredici maddələr olan əlavələr orqanizmə əlavə yük yarada, fiziki imkanların süni şəkildə artırılması isə insanın sağlamlığı üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.
Ekspert protein tozlarının istifadəsinin hər kəs üçün eyni dərəcədə zəruri olmadığını diqqətə çatdırıb. O, bildirib ki, bu məhsullara ehtiyac şəxsin sağlamlıq vəziyyətindən, qidalanma rejimindən və fiziki aktivliyindən asılı olaraq qiymətləndirilməlidir.
Ağa Salamovun sözlərinə görə, protein tozlarından istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək, məhsulun tərkibini yoxlamaq və tövsiyə olunan dozanı aşmamaq vacibdir. Zərurət olduqda böyrək və qaraciyər funksiyaları, eləcə də ürək-damar sisteminin vəziyyəti tibbi müayinələrlə qiymətləndirilməlidir.
Beləliklə, əzələ kütləsini artırmaq məqsədilə istifadə olunan protein tozları düzgün seçim və nəzarət tələb edir. Məhsulun tərkibinə, qəbul edilən miqdara və şəxsin sağlamlıq vəziyyətinə diqqət yetirilməsi mümkün risklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 15 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava proqnozu son xeber enson xeberler idman xeberleri