21 yaşlı Ləman bacısının həyat tərzinin qurbanı olub - Əri ilə mübahisəsi yaranıbmış

21 yaşlı Ləman bacısının həyat tərzinin qurbanı olub - Əri ilə mübahisəsi yaranıbmışBakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Əmirovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxışı zamanı müttəhimin 18 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti iclas dekabrın 8-nə təyin edilib.
Qeyd edək ki, hadisə 27 may 2025-ci ildə Bakının Nizami rayonunda qeydə alınıb. Paytaxt sakini Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin araşdırmalarla məlum olub ki, Ləman Əmirova həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirilib. Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Cinayət işinin istintaq materiallarındakı ifadələrə görə, Ləman Əmirovanın qətlə yetirilməsinə əsas səbəb onun bacısı Səbinə Vəliyevanın sürdüyü həyat tərzi ilə bağlı mərhumun əri ilə arasında yaranan mübahisə olub. Məhkəmə zamanı dövlət ittihamçısı şahidə buna görə irad tutaraq, baldızının sürdüyü həyat tərzinə görə arvadını qətlə yetirməsinin özünün həbs olunması, azyaşlı övladlarının da valideynsiz qalması ilə nəticələndiyini deyib.

Hadisə       Tarix: 04 dekabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sonxabar hava xeberler bugun 2026