22 il əvvəl yoxa çıxan alpinistin meyiti tapıldı
Peruda axtarış-xilasetmə qrupları 22 il əvvəl yoxa çıxan alpinistin cəsədini tapıb.
KONKRET.az xəbər verir ki, amerikalı alpinist Uilyam Stampfl 2002-ci ilin iyununda Perunun 4-cü ən hündür dağı olan Huaskarana dırmaşmağa getdikdən sonra ondan xəbər çıxmayıb.
59 yaşlı alpinist və komandası And dağlarında 6700 metrlik dağa qalxarkən qar uçqunu altında qalıb.
Peru polisinin bazar ertəsi verdiyi açıqlamada bildirilib ki, bölgədəki buzların əriməsi nəticəsində Stampflın cəsədi ortaya çıxıb.
Bildirilib ki, Stampflın bədəni, paltarları, dırmaşma alətləri və çəkmələri donduğu üçün zədələnməyib. Polis axtarış-xilasetmə qruplarının cəsədin üzərində pasport tapıb və bununla da alpinistin şəxsiyyətini müəyyən etmək mümkün olub. Qeyd edək ki, dünyanın hər yerindən alpinistlər Huaskaran və Kaşan kimi qarlı zirvələrə sahib olan Perunun şimal-şərqindəki dağlara gedirlər.
Ötən ay eyni ərazidə 35 yaşlı italyan alpinist Tomas Françininin cəsədi tapılmışdı. Bildirilib ki, alpinist dırmaşarkən yıxılaraq dünyasını dəyişib.
May ayında isə israilli alpinistin cəsədi yoxa çıxmışdı, təxminən bir ay sonra tapılmışdı.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi