22 yaşlı gənc bədənində 10 fərqli şəxsiyyətlə "yaşayır" - FOTO

22 yaşlı gənc bədənində 10 fərqli şəxsiyyətlə 22 yaşlı gənc bədənində 10 fərqli şəxsiyyətlə "yaşayır" - FOTO
22 yaşlı alman Leonard Stokl uşaqlıqda aldığı ciddi emosional travmaya görə nadir xəstəlikdən - dissosiativ şəxsiyyət pozğunluğundan əziyyət çəkir. Hazırda o, bədənini müxtəlif yaş və cinsdən olan 10 şəxsiyyətlə "paylaşır".
Bu barədə gəncin özü danışıb.
Onun sözlərinə görə, nadir rastlanan psixi xəstəlik səbəbindən şüuru "parçalanıb". Bu səbəbdən müxtəlif vaxtlarda o, dörd yaşlı Kovuya, səkkiz yaşlı Hektora, 16 yaşlı Anaya, 17 yaşlı Kosmoya, 18 yaşlı Eşə, 19 yaşlı Cessiyə, 21 yaşlı Leoya, 23 yaşlı Billiyə, 24 yaşlı Livə və 26 yaşlı Redə çevrilir. Leonard bütün dəyişdirilmiş şəxsiyyətlərinə "sistem" deyir və özünü "sistemin" sahibi adlandırır, çünki bədəni ən çox idarə edən şəxsdir.
Yeniyetməlik dövrünə qədər Stokl diaqnozundan xəbərsiz idi və gündəlik işlərin öhdəsindən kifayət qədər asan gəlirdi. Onun vəziyyəti məktəbdə buraxılış imtahanlarına hazırlaşarkən kəskin pisləşib. Sinif yoldaşlarından fərqli olaraq, gənc uzun müddət diqqətini cəmləyə bilməyib, yaddaş itkisindən və şəxsiyyətin "dəyişməsi" ilə müşayiət olunan digər simptomlardan əziyyət çəkməyə başlayıb.
Stokl yeddi il psixoloq müayinəsində olub, lakin diaqnoz yalnız 2022-ci ilin aprel ayının sonunda, altı həftə ixtisaslaşmış klinikada xəstəxanaya yerləşdirildikdən və bir neçə müalicə kursu keçdikdən sonra qoyulub. Leo qeyd edib ki, həkimlər ona baş verənlərin səbəblərini izah etdikdən sonra rahatlanıb. Lakin o, travmanın öhdəsindən gəlmək və həyatını idarə edə bilmək üçün qarşıda çox işləri olduğunu anlayır.
Hazırda davamlı dissosiativ şəxsiyyət pozğunluğu səbəbindən Stokl tam ştatlı bir iş tapa bilmir. O, öz kiçik onlayn mağazasında əl istehsalı çanta və əlfəcinləri satmaq məcburiyyətindədir. Gənc sevgilisinin olduğunu, lakin çox dəyişkən şəxsiyyətləri səbəbindən vaxtaşırı partnyoru ilə problemləri olduğunu etiraf edir.
22 yaşlı gənc bədənində 10 fərqli şəxsiyyətlə 22 yaşlı gənc bədənində 10 fərqli şəxsiyyətlə 22 yaşlı gənc bədənində 10 fərqli şəxsiyyətlə 22 yaşlı gənc bədənində 10 fərqli şəxsiyyətlə 22 yaşlı gənc bədənində 10 fərqli şəxsiyyətlə Mənbə: La Republica

Maraqlı       Tarix: 04 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri xəbər cəbhədən xəbərlər ensonxeberler