3 güləşçimiz dünya çempionatının finalına çıxdı
Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
Nurəddin Novruzov startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb. Finalın bir addımlığında yerli pəhləvana məğlub olan Novruzov ümidini bürünc medala bağlayıb.
Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib. ABŞ təmsilçisinə də gücünü göstərən Zirəddin finala çıxıb.
Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb. Cəbrayıl finalın bir addımlığında Rusiya güləşçisini də məğlub edib.
Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb. Əşrəf Qazaxıstandan olan rəqibinə də heç bir şans tanımayaraq adını finala yazdırıb.
Bu çəkilərdə medallar uğrunda qarşılaşmalar avqustun 17-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
57 kq
1/8 final: Nurəddin Novruzov - Simyone Piroddu (İtaliya) 11:6
1/4 final: Nurəddin Novruzov - Daştseren Purvee (Monqolustan) 12:2
1/2 final: Nurəddin Novruzov - Ramazan Baqavudinov (Rusiya) 0:7
Bürünc medal görüşü: Nurəddin Novruzov - Assiljan Yessengeldi (Qazaxıstan)/Şubham Şubham (Hindistan)
65 kq
1/8 final: Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan) 8:2
1/4 final: Zirəddin Bayramov - Giorgi Tçoladze (Gürcüstan) 16:5
1/2 final: Zirəddin Bayramov - Reynald Bartlet (ABŞ) 6:2
Final: Zirəddin Bayramov - Şamil Məmmədov (Rusiya)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan) 13:3
1/4 final: Cəbrayıl Hacıyev - Kevin Makota (İsveç) 10:0
1/2 final: Cəbrayıl Hacıyev - Stanislav Svinoboyev (Rusiya) 6:1
Final: Cəbrayıl Hacıyev - İrfan Elahi (İran)
79 kq
Təsnifat: Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya) 10:0
1/8 final: Əşrəf Aşırov - Munxdavaa Bayarmunx (Monqolustan) 10:0
1/4 final: Əşrəf Aşırov - Məhəmməd Abdullayev (Qırğızıstan) 4:2
1/2 final: Əşrəf Aşırov - Maxambet Nurjaubayev (Qazaxıstan) 11:3
Final: Əşrəf Aşırov - Məhəmməd Noxodilarimi (İran)
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı