30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizənin tarixidir. 
Qarabağ və ətraf rayonların işğalı ilə başlayan proses illərlə davam etdi. Bu tarixdə işğalın ağrısı, yurd həsrəti, itkilərin acısı var.  Amma illər keçsə də, bir şey dəyişmədi: Qarabağa qayıtmaq arzusu. Bu arzu nəsildən-nəslə ötürüldü, yaddaşlarda yaşadı və nəhayət, uzun illər sonra gerçəyə çevrildi.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımız işğal olundu. Şəhərlərimiz, kəndlərimiz dağıdıldı, yüz minlərlə insan evindən didərgin düşdü. Xocalıda törədilən qətliam isə yaddaşımızda ən ağır və ağrılı səhifələrdən birini yazdı.
İşğal illərində Azərbaycan öz torpaqlarının azad olunması üçün həm diplomatik müstəvidə, həm də beynəlxalq platformalarda mübarizə apardı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Ancaq illər keçdi, qətnamələr dəyişmədi, torpaqlar isə işğalda qaldı.
ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da uzun illər davam etsə də, nəticədə münaqişəyə son qoyulmadı. Azərbaycan sülh danışıqlarını davam etdirdi, amma işğalın yaratdığı vəziyyət dəyişmirdi.
2018-ci ildə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə danışıqlar prosesində yeni mərhələ başladı. Sonrakı dövrdə Ermənistan rəhbərliyindən səslənən bəzi fikirlər isə tərəflər arasındakı münasibətləri daha da gərginləşdirdi. 2019-cu ilin avqustunda Paşinyanın Xankəndidə səsləndirdiyi "Qarabağ Ermənistandır - nöqtə" ifadəsi də həmin dövrün yadda qalan hadisələrindən biri oldu. Prezident İlham Əliyevin cavabı isə qısa və aydın idi: "Qarabağ Azərbaycandır - nida işarəsi". Bəzən bir cümlə uzun bir mübahisədən daha çox şey deyir. Həmin iki ifadə də tərəflərin mövqeyini açıq şəkildə ortaya qoydu.
Ardınca hərbi ritorika gücləndi. Ermənistanın müdafiə naziri Davit Tonoyanın 2019-cu ildə səsləndirdiyi "yeni müharibə, yeni ərazilər" fikri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər vəziyyətin nə qədər gərgin olduğunu göstərirdi.
Sonra isə 27 sentyabr gəldi.
Azərbaycan Ordusunun başladığı Vətən müharibəsi 30 ilə yaxın davam edən işğal tarixinin ən böyük dönüş nöqtəsinə çevrildi. 44 gün ərzində illərlə həsrətində olduğumuz torpaqlar bir-bir azad edildi. Hər qələbə xəbəri evlərə sevinc gətirir, illərdir gözləyən insanların gözündə ümidləri yenidən alovlandırırdı.
Şuşanın azad edilməsi isə bu yolun ən yaddaqalan məqamlarından biri oldu.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla döyüşlər dayandırıldı. Lakin qarşıda hələ görüləsi işlər vardı. Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları, mina təhlükəsi və müxtəlif təxribatlarla bağlı məsələlər davam edirdi.
2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycanın Qarabağ üzərində suverenliyi tam bərpa edildi. Bununla 30 ildən artıq davam edən münaqişənin hərbi mərhələsi başa çatdı.
Amma Azərbaycanın Qarabağla bağlı hekayəsi burada bitmədi. Əksinə, ən böyük işlərdən biri məhz bundan sonra başladı.
Böyük Qayıdış.
Torpağı azad etmək qədər, onu yenidən yaşatmaq da böyük məsuliyyətdir. Bu gün Qarabağda gördüyümüz mənzərə illər əvvəl təsəvvür etmək belə çətin olan bir dəyişiklikdir. Bir vaxtlar xarabalıqların olduğu yerlərdə yeni evlər tikilir. Yollar salınır, məktəblər açılır, xəstəxanalar və yeni obyektlər yaradılır. İllərlə başqa şəhərlərdə yaşayan ailələr doğma kəndlərinə, şəhərlərinə qayıdır. Bir evin qapısı açılır, bir kənddə yenidən işıqlar yanır.
Əlbəttə, qarşıda görüləsi işlər hələ çoxdur. İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi, dağıdılmış infrastrukturun bərpası, tarixi və dini abidələrin yenidən qurulması uzun zaman və böyük resurs tələb edir. Azərbaycan isə bu işi öz imkanları hesabına həyata keçirir. 
Qarabağın dirçəlişi həm də tarixi yaddaşın bərpasıdır. İşğal illərində dağıdılmış məscidlərin, kilsələrin, türbələrin və digər tarixi abidələrin bərpası ilə yanaşı, Azərbaycanın maddi-mədəni irsinin qorunması istiqamətində də işlər görülür.
Bu gün Qarabağın mənzərəsi dəyişir.
Böyük Qayıdışın əsas mənası da məhz budur - insanı öz torpağına, torpağı isə yenidən həyata qaytarmaq.
Şahanə Ziyad / azxeber.com

Siyasi       Tarix: 18 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr – Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub. "Dost və qardaş Azərbaycanı

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

İlham Əliyev "SABAH.city"nin açılışında - FOTOLAR

Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. xəbər verir ki

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər sonxabar az xeber az sonxəbər