Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQBakıda kirayə mənzil tutmaq ailə büdcəsinin ən böyük xərclərindən birinə çevrilib. Xüsusilə 4 nəfərlik ailələr üçün kirayə haqqına ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunur.
Bəs bir ailənin ayın sonunu borcsuz başa vurması üçün ümumilikdə nə qədər maaşa ehtiyacı var? Bakıda kirayədə yaşayan 4 nəfərlik ailənin minimum aylıq gəliri nə qədər olmalıdır?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı ekspert Xalid Kərimli Bakıda kirayə qiymətlərinin yaxın dövrdə ucuzlaşmasının real görünmədiyini bildirib:
"Bakıda kirayə haqları daha da bahalaşacaq. Bu, demək olar ki, qaçılmazdır. Çünki ölkədə iş imkanlarının daha çox olduğu, infrastrukturun, təhsil müəssisələrinin, dövlət idarələrinin və biznesin daha çox inkişaf etdiyi əsas şəhər Bakıdadır. Ona görə də Bakıda kirayə qiymətlərinin ucuzlaşacağını və ya əmlak bazarında ciddi eniş olacağını düşünmək düzgün deyil.
Bu, yalnız müəyyən hallarda baş verə bilər. Birincisi, iqtisadiyyatda ciddi təlatüm, geriləmə və durğunluq yaranmalıdır. İkincisi, neftin qiyməti kəskin şəkildə aşağı düşməli və iqtisadi vəziyyət pisləşməlidir. Manatla qiymətlərin düşməsi üçün isə iqtisadiyyatda ciddi problem yaranmalı, məsələn, 10-15 faiz civarında geriləmə baş verməlidir. Belə vəziyyətdə insanlar gəlir əldə edə və xərcləyə bilmədikləri üçün qiymətlər kəskin şəkildə aşağı düşə bilər".
Ekspertin sözlərinə görə, 2026-cı ildə 4 nəfərlik ailə üçün yaşayış minimumu 1200 manatdır, amma bu məbləğə kirayə xərci daxil deyil:
"Dollar ifadəsində qiymətlərin azalması isə manatın devalvasiyasından sonra baş verə bilər. Məsələn, mənzilin qiyməti manatla 200 min olaraq qala bilər, amma devalvasiyadan sonra onun dollar ifadəsindəki dəyəri 200 min deyil, 120 min və ya 80 min dollara düşə bilər.
Yaşayış minimumuna gəlincə, hökumətin hesablamalarına görə, 2026-cı ildə bir nəfər üçün yaşayış minimumu 300 manat təşkil edir. Gələn il bunun artırılaraq təxminən 315 manat səviyyəsinə çatdırılması gözlənilir. Dörd nəfərlik ailə üçün isə 2026-cı ildə yaşayış minimumu 1200 manatdır. Lakin bu məbləğin hesablanmasına kirayə xərci daxil deyil. Yəni hesablamada ailənin öz evində yaşadığı nəzərə alınır.
Halbuki Azərbaycanda bir çox insan iş imkanlarına görə Bakıya gəlir və burada kirayə ev tutmağa məcbur olur. İnsan Bakıya iş tapmaq üçün gəlir və kirayə xərci yüksək olsa belə, burada yaşamağın vacib olduğunu düşünür. Çünki ölkənin digər bölgələrində yaxşı iş və yüksək əməkhaqqı imkanları məhduddur".
X.Kərimliyə görə, yeni tikililərin azlığı və torpaq sahələrinin bahalaşması qiymətləri get-gedə artırır:
"Burada əsas problem qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsidir. Buna görə də Bakıda mənzil və kirayə qiymətlərinin artması davam edə bilər. Mən hesab edirəm ki, kirayə qiymətləri hələ də artacaq. Əsas səbəblərdən biri yeni binaların tikintisinin tələbatı tam qarşılamamasıdır. Qiymətlər adətən bazarda təklif çox olanda aşağı düşür. Amma Bakının mərkəzində yeni yaşayış binalarının tikintisi üçün boş torpaq sahələri demək olar ki, qalmayıb. Mövcud torpaq sahələri də kifayət qədər bahalaşıb.
Bundan başqa, tikinti standartları əvvəlki illərlə müqayisədə daha ciddi tətbiq olunur. Əvvəllər binalar bir-birinə çox yaxın tikilirdisə, indi onların arasında məsafə, məktəb və digər sosial obyektlərin təmin olunması ilə bağlı tələblər var. Tikinti materiallarının və daşınma xərclərinin bahalaşması da mənzil qiymətlərinə təsir edir.
Ona görə də Bakıda yeni tikilən mənzillərin maya dəyərinin aşağı düşməsi real görünmür. Müəyyən dövrdə qiymətlərin artmaması mümkündür, amma ciddi ucuzlaşma gözləmək çətindir".
O, qeyd edib ki, mənzil qiymətləri hər il 10-12 faiz artır və bu il artım zəifləsə də, ucuzlaşma gözlənilmir:
"Bəzən fərdi satıcılar mənzilin qiymətini real bazar dəyərindən xeyli yüksək müəyyənləşdirirlər. Məsələn, 100 min manatlıq mənzilə 300 min manat qiymət qoyurlar, sonra həmin qiymətə alıcı tapılmadıqda yenidən 100 min manata endirirlər. Bu, əslində, bazarda qiymətin düşməsi deyil, sadəcə fərdi satıcının əvvəlcə real olmayan qiymət müəyyənləşdirməsidir. Ümumilikdə isə görürük ki, orta mənzil qiymətləri hər il təxminən 10-12 faiz bahalaşır. Bu il artım tempi bir qədər aşağı ola bilər, amma qiymətlərin ümumi olaraq düşməsindən söhbət getmir.
Mənim fikrimcə, Bakıda orta səviyyədə yaşamaq və kirayə mənzil tutmaq üçün insanların gəlirləri ilə mövcud xərclər arasında ciddi fərq var. Bu baxımdan, həm insanların real gəlirləri, həm də dövlətin müəyyən etdiyi yaşayış minimumu nəzərə alınmalıdır".

Sosial       Tarix: 17 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsulla

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun cəbhədən ən son xəbərlər hava proqnozu son xəbər