Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR

Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR44 günlük Vətən müharibəsi iştirakçılarının əməkhaqqından tutulan gəlir vergisinə tətbiq edilən güzəştlə bağlı mühüm məqam açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müharibə veteranı statusu sonradan rəsmiləşdirilən şəxsin əvvəlki dövrlərdə ödədiyi gəlir vergisinin güzəşt əsasında yenidən hesablanmasının mümkün olduğunu bildirib.
Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Dövlət Vergi Xidmətinin açıqlamasına görə, güzəştdən yararlanmaq üçün müharibə veteranı statusunu təsdiq edən müvafiq sənəd şəxsin əsas iş yerinə təqdim edilməlidir.
Əsas məqam isə ondan ibarətdir ki, sənədin iş yerinə hansı tarixdə təqdim edilməsindən asılı olmayaraq, güzəşt statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir. Yəni şəxsin müharibə veteranı statusu 2022-ci il yanvarın 1-dən qüvvəyə minib, lakin təsdiqedici sənəd sonradan təqdim edilibsə, həmin tarixdən etibarən vergi güzəşti hesablanmalıdır.
Bu halda əvvəlki dövrlərdə əməkhaqqından güzəşt nəzərə alınmadan tutulmuş gəlir vergisinin yenidən hesablanması məsələsi yarana bilər. Bunun üçün şəxsin əsas iş yerinin mühasibatlıq şöbəsinə müraciət etməsi tövsiyə olunur.
Dövlət Vergi Xidməti həmçinin bildirib ki, müharibə veteranlarının muzdlu işdən əldə etdikləri gəlirlərinə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə azadolma tətbiqi qanunvericilikdə nəzərdə tutulmayıb.
Məsələ Vergi Məcəlləsinin 102-ci maddəsi və Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə tənzimlənir.
/Ölkə.az / azxeber.com

Sosial       Tarix: 17 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki kişi bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, iki nəfər orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib,vəziyyətlərini

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var

Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub. APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkətd

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR

44 günlük Vətən müharibəsi iştirakçılarının əməkhaqqından tutulan gəlir vergisinə tətbiq edilən güzəştlə bağlı mühüm məqam açıqlanıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müharibə veteranı statusu sonrada

Paytaxtın iki rayonunda su olmayacaq

Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər qurban bayrami 2026 krimnal xeber xəbərlər.com