Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edibAzərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətində və mediasında səsləndirilən aqressiv fikirlər, diplomatların səfərinə qarşı aparılan kampaniya rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyü və regionda formalaşmış yeni reallıqlara münasibəti ilə bağlı suallar yaradır.
Qarabağ və Şərqi Zəngəzur hazırda Azərbaycanın sosial-iqtisadi həyatına yenidən inteqrasiya olunur. Regionun iqtisadi potensialı hərəkətə gətirilir, sahibkarlıq və investisiya imkanları genişləndirilir. Müasir yaşayış məntəqələrinin salınması, şəhərlərin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə həyata keçirilən layihələr göstərir ki, Azərbaycan azad edilmiş ərazilərdə yalnız keçmişi bərpa etmir, eyni zamanda gələcəyin müasir və dayanıqlı regionunu formalaşdırır.
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın sülh siyasətinin də mühüm istiqamətlərindən biridir. Lakin Ermənistan cəmiyyətinin bəzi dairələrinin Gəncəsər və Xudavəng kimi tarixi abidələri yalnız erməni irsi çərçivəsində təqdim etməyə çalışması, eyni zamanda indiki Ermənistan ərazisində Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni irsinin mövcudluğunu inkar etməsi ciddi ziddiyyət təşkil edir.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və burada zəngin mədəni irs yaratması faktını müxtəlif yollarla inkar etməyə çalışır. Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı tarixi-mədəni irsin – abidələrin, qəbiristanlıqların, məscidlərin və tarixi yaşayış məskənlərinin dağıdılması regionun tarixi və mədəni mənzərəsinə ciddi zərbə vurub.
Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, onu yenidən yazmaq məqsədi daşıyan belə yanaşmalar dözümsüzlük və ayrı-seçkiliklə bağlı ciddi narahatlıqlar yaradır. Azərbaycan mədəniyyət abidələrinin qəsdən məhv edilməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərinin silinməsi beynəlxalq mədəni irsin qorunması prinsipləri baxımından da ciddi məsələdir.
Ermənistanın Qafqaz Albaniyası irsinə münasibəti də bu kontekstdə xüsusi diqqət tələb edir. Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğu və onun zəngin tarixi-mədəni irsi elmi araşdırmaların mühüm mövzularındandır. Bu irsin müxtəlif siyasi məqsədlərlə təhrif edilməsi və ya inkar olunması tarixi faktların obyektiv şəkildə araşdırılmasına mane olur.
Azərbaycan ərazisində yerləşən bütün tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur. Bu irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması Azərbaycanın üzərinə düşən mühüm məsuliyyətdir.
Ermənistan cəmiyyətində Qarabağla bağlı səslənən radikal fikirlər isə regionda sülh prosesinin davam etdiyi bir vaxtda diqqətdən kənarda qala bilməz. Davamlı sülhün və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması regionda formalaşmış reallıqların qəbul edilməsindən, qarşılıqlı hörmətdən və tarixi-mədəni irsə obyektiv yanaşmadan keçir.
Tarixə münasibət siyasi yanaşmalardan deyil, faktlardan və elmi araşdırmalardan çıxış etməlidir.
 
Qərb Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov / azxeber.com

Siyasi       Tarix: 17 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

Fərid Şəfiyevə 3 müavin də təyin edildi

Bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlar

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Lavrov Zarubinə güc tətbiq etdi, bunları dedi

Rusiya xarici işlər naziri Sergey Lavrov BRİKS sammitində jurnalist Pavel Zarubinlə maraqlı dialoqu ilə diqqət çəkib. KONKRET. -a istinadən xəbər verir ki, hadisə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş nazir

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. KONKRET.azxəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xeberler valyuta mezennesi 2026 cəbhədən ən son xəbər cəbhədən son xəbər