Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTOTürkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentində sürətlə yayılır.
Fotonun 1993-cü ildə Elçibəy prezident olarkən Ankarada çəkildiyi deyilir. Əbülfəz Elçibəyin azərbaycanlı hərbçilərin Ankara yaxınlığında hərbi hissədə təlimlərini izləmək üçün ora getdiyi bildirilir. Kaşif Kozinoğlu həmin dövrdə hərbi təlimlərə rəhbərlik edib.
Digər iddialara görə isə şəkil Azərbaycanda lentə alınıb. Kaşif Kozinoğlu Azərbaycanda Prezident Qvardiyasının əsgər və zabitlərinə, eləcə dıə Qarabağda döyüşəcək hərbçilərə təlim keçib.
Elçibəy 1993-cü ilin iyununda doğulduğu Kələki kəndinə getdikdən sonra onun orada mühafizə olunması və peyk rabitəsi ilə təmin edilməsi ilə bağlı Türkiyə tərəfindən qərar qəbul edilmişdi. Peyk rabitəsi vasitəsilə Elçibəy Türkiyənin siyasətçiləri və dövlət rəsmiləri ilə əlaqə saxlaya, eləcə də Bakıda olan silahdaşları ilə vaxtaşırı danışa bilirdi.
Türkiyə Kələkidə Elçibəy üçün peyk antenasını niyə qurmuşdu? Kaşif Kozinoğlu Kələkidə olubmu?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Əbülfəz Elçibəyin qardaşı oğlu və onun ən sadiq şəxsi mühafizəçisi Ədalət Əliyev sözügedən foto ilə bağlı məlumat verib:
"Həmin şəkil indiki məşhur "Yaşma" Xüsusi Təyinatlı Batalyonunun yaradılması zamanı çəkilib".
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTOElçibəyin ailəsinə yaxın olan Çingiz Özgür isə məsələyə belə münasibət bildirib:
"Kələkidə yaşayan və həmin proseslərdən yaxından məlumatlı olan şəxslərdən öyrəndiyim qədəri ilə, Kaşif Kozinoğlu heç vaxt Kələkidə olmayıb. Oraya gələn MİT mənsubları öz adları, hamıya məlum olan isimlərlə deyil, fərqli adlarla təmsil olunurdular.
Kaşif Kozinoğlu Bakıya gəlib. Batalyonların döyüşə hazırlanmasına rəhbərlik edib. Özünün bu sahədə çox ciddi təcrübəsi var idi. Şəkil də Əbülfəz Elçibəyin prezidentliyi dövründə çəkilib.
Peyk antenasının qurulması məsələsinə gəlincə, burada Türkiyənin rolu böyük olub. Əbülfəz Elçibəy Kələkidə olduğu zaman dünyanın istənilən yeri ilə əlaqə saxlaya bilirdi. Peyk antenası onun üçün xüsusi gətirilmişdi və enerji ilə təmin olunurdu. Onun üçün şəxsi ATS qurulmuşdu.

Çingiz Özgür
Elçibəy MİT tərəfindən Kələkidə rəsmən qorunurdu. Bu, gizli saxlanılırdı. Peyk antenasına elektrik lazım idi. O vaxt kəndlərdə elektrik yox idi. Generator qoyulmuşdu. Düşünün, həmin generatora benzin töküb işə salan şəxs MİT generalı idi. Amma hamı onu "generatora baxan adam" kimi tanıyırdı. Tədbirlərdə kənd camaatının içində otururdu. Lakin sonradan məlum oldu ki, bu adam MİT generalıdır və Elçibəyi qorumaq üçün Türkiyə tərəfindən xüsusi olaraq təyin olunub.
Elçibəy orada olduğu müddətdə Türkiyədən çoxsaylı nümayəndələr Kələkiyə gəlmişdi. Kələkiyə gələn məşhur simalardan biri də Abdullah Çatlı idi. Türkiyə kəşfiyyatının Elçibəyə münasibəti çox yaxşı idi. Onlar Elçibəyi özlərinə lider sayırdılar. Abdullah Çatlı da öz adı ilə gəlməyib. Başqa adla gəlib, Elçibəylə görüşüb. Onu bir-iki nəfər görüb".
Qeyd edək ki, Abdullah Çatlı Türkiyənin yaxın tarixində dərin dövlət əlaqələri, mafiya və kəşfiyyat əməliyyatları ilə bağlı adı çəkilən ən mübahisəli simalardan biri olub. O, həmçinin məşhur "Kurtlar Vadisi" serialındakı Polat Alemdar obrazının əsas prototiplərindən biri hesab edilir.

Siyasi       Tarix: 17 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin" – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi

Rusiyada çalışan Özbəkistan vətəndaşlarının kütləvi şəkildə vətənə qayıtması qeydə alınıb. xəbər verir ki, Özbəkistanın Miqrasiya Agentliyinin məlumatına görə, 2026-cı il avqustun 25-dən sentyabrın 5-dək Rusiyadan ümumilikd

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Hikmət Hacıyevdən Qafqaz Albaniyasının hökmdarı ilə bağlı paylaşım

Prezidentin köməkçisi Hikmət Hacıyev Həsən Cəlal Dəvlanın nəslindən olan Həsən Cəlal Allahverdibəyovun məzarüstü abidəsi ilə bağlı paylaşım edib. xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib

"Prezident sağlamdır və mütləq bəzi insanların siyasi ölümünü görəcək" - Baqratyan

"Bir kişinin yeni əməliyyat olunmuş bir şəxsi qəsdən qanunsuz olaraq həbs etməsi, sonra həmin şəxsin sağlamlıq vəziyyəti ilə öyünməsi və özünü təsdiqləməsi düzgün deyil". KONKRET.azxəbər verir ki, ikinci preziden

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

"Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq

"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam". xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmo

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd


yeni xeberler azerbaycan xeberleri son xeberler apa.az xeberler son xeberler bu gun dunya xeberleri bugünkü son xəbərlər