30 illik mifi dağıdan 44 günlük savaş

30 illik mifi dağıdan 44 günlük savaş30 illik mifi dağıdan 44 günlük savaş
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verib. Bu şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olunub.
Bu barədə Milli Məclis Sədrinin müavini Adil Əliyev özünün məqaləsində qeyd edib.
Məqalədə deyilir: 
"Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidirdik, hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Açıqlanan şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və mübarizənin durduğu, bu  qalibiyyətin nələrin hesabına başa gəlməsinin hər kəs fərqində idi. Düşmənin uzun illər işğal altında  saxladığı, müqəddəs  ruhlarımızın uyuduğu torpaq  uğrunda aparılan,  sonu qələbə ilə bitən  bu mübarizə hər bir  azərbaycanlını hədsiz dərəcədə sevindirib. Rəşadətli Ordumuzun apardığı hərbi əməliyyatlar zamanı düşmənə məxsus olan texnikaların və canlı qüvvənin məhv edilməsi ilə bağlı Müdafiə Nazirliyinin yaydığı rəsmi kadrlar hər bir vətəndaşımız tərəfindən böyük qürur hissi ilə izlənilib. Düşmənin itkilərinin dəyəri artıq 3 milyardı keçib, davam edən hərbi əməliyyatlar fonunda Ermənistan ordusu tam sıradan çıxarılıb. Dəfələrlə döyüş zamanı erməni hərbi qulluqçuları döyüşməkdən imtina edərək geri çəkiliblər...
Müharibənin ilk günlərindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi  qətiyyətli mövqe, beynəlxalq mediaya verilən sərrast və  dürüst açıqlamalar, Ordumuzun göstərdiyi şücaət, üstün döyüş qabiliyyəti artıq erməni xalqının iradəsini sındırmışdı...
Bu gün Ermənilərin ayrı-ayrı zümrələrindən olan şəxslərin sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olmaq istəklərini dilə gətirmələri təsadüfi deyil. Bunun real səbəbi odur ki, onlar ölkə başçımızın timsalında ilk dəfə əsl lider, müharibə meydanında ilk dəfə qalib ordu gördülər. Çünki, döyüş əməliyyatları başlayan andan deyilmişdi ki, bu müharibə həm də Ermənistanın cinayətkar siyasi rəhbərliyinin sonu olacaq... Həmin siyasi rəhbərlik isə öz qəddar və vandal siyasətinə, barbar əməllərinə davam etməkdə idi. O qədər çıxılmaz vəziyyətə  düşdülər ki, hətta qadınlardan və qocalardan ibarət hərbi qruplar da təşkil etdilər. Bu da onlara kömək edə bilmədi, yenə döyüşdə olan erməni əhalisi savaşmaqdan imtina edirdi...
Noyabrın 8-də qəhrəman əsgər  və zabitlərimiz üzbəüz mövqelərdə, təkbətək döyüşərək Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərini işğaldan azad etdi. Ardınca bir günün içində 70-dən artıq kənd, 8 strateji yüksəklik düşmən tapdağından təmizləndi, bu da düşməni mat vəziyyətinə saldı... Savaşın başladığı ilk zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddət müharibənin dayandırılması məqsədilə xarici dövlətlərə yalvardı. Dövlət başçımızın dəmir iradəsi, Azərbaycan xalqının öz liderinə qüvvətli inamı, ordumuzun ruh yüksəkliyini görəndən, üstəgəl də Şuşanın azad edilməsindən sonra çıxılmazlıq labirintinə düşdü. Xain Ermənistanın və onun xain baş nazirinin razılaşma kapitulyasiyasını imzalamaqdan başqa yolu qalmadı...
Artıq 10 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür. Biz qalib ölkə olaraq, Ermənistana kapitulyasiyanı imzalatmağı bacardıq. Paşinyan məğlubiyyətdən yaxa qurtarmaq məqsədilə bu imzanı atsa da, ölkəsində ona qarşı etirazlar sürətlə artıb.
Ermənistanın siyasi rəhbərliyi bütün xəbərdarlıqlara baxmayaraq, heç bir halda öz şovinist siyasətindən əl çəkmədi. Bu da onun üçün ağır nəticəsi - həm döyüş meydanında məğlub oldu, həm də ki, onsuz da çətin iqtisadi durumda olan ölkəni bu qədər maliyyə itkiləri ilə lap pis vəziyyətə saldı. Bu maliyyə böhranından çıxmaq üçün düşmən ölkəyə azı bir neçə onillik lazım olacaq. Eyni zamanda, Paşinyanın xalqının gözündə olmayan etibarı tamamilə yerlə bir oldu.
Onu  da  bildirim ki, Paşinyana qarşı etirazlar yalnız kapitulyasiyanı imzaladıqdan sonra başlamayıb. Daha əvvəl də ölkədə Baş nazirin müxalifət nümayəndələrini, jurnalistləri həbs etdirməsi, onların ölümünə səbəb olma halları ilə əlaqədar kifayət qədər narazılıqlar mövcud idi... Düşmənə qarşı sülhə məcburetmə tədbirləri çərçivəsində Ermənistan kapitulyasiyanı imzalamaqla, Kəlbəcər, Laçın və Ağdam rayonlarını heç bir qan tökülmədən qaytarmağı öz üzərinə götürdü. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlub oldular.
Sazişin şərtlərinə baxsaq görürük ki, ordumuzun işğaldan azad etdiyi və razılaşma ilə boşaldılan bütün ərazilərdə nəzarət bizdə qalır, habelə həmin yerlər Azərbaycan Respublikasının tərkibinə daxil olur. Bu isə o deməkdir ki, üç rəngli bayrağımız yenidən həmin rayon və şəhərlərdə sonsuzadək dalğalanacaqdır...
Ermənistanın bu müharibədə itkiləri yalnız çoxsaylı döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsindən ibarət olmayıb. Azərbaycanın Dövlət-Ordu-Xalq  Birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst elədi. Danışıqlar prosesində istədikləri şərtlərin hər birini sıfırladı..."
Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! /oxu.az

Siyasi       Tarix: 16 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu son xeberler bugun 2026 azerbaycan maliyye xeberler bugun en yeni xeberler