3+3' formatlı görüş regiona sülh gətirəcəkmi? - AÇIQLAMA

3+3' formatlı görüş regiona sülh gətirəcəkmi? - AÇIQLAMA""3+3" görüşü bütövlükdə regionun dirçəldilməsinə xidmət edən çox önəmli layihələrdən biridir".
Bu fikirləri azxeber.com-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bu gün Tehranda baş tutacaq XİN başçılarının "3+3" formatındakı görüşündən danışarkən deyib.
3+3' formatlı görüş regiona sülh gətirəcəkmi? - AÇIQLAMAPolitoloq hesab edir ki, bu görüş formatı bölgənin taleyini kökündən dəyişəcək:
"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif edilən, daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu təklifin gücləndirilməsi ilə gündəmə gələn "3+3" görüşü ümumən bölgənin taleyini tamamilə dəyişəcək yeni bir layihədir. Artıq uzun müddətdir ki, Azərbaycan "3+3" formatının təkcə siyasi deyil, həm də iqtisadi və bir çox sahələr üzrə əhəmiyyətini vurğulayıb. Lakin buna baxmayaraq Azərbaycanın da özəlliklə bu məsələdə bütün prinsipial rəylərinə, mövqeyinə rəğmən "3+3" formatı 6 ölkəni əhatə etdiyi üçün və bu gün Rusiya arasında olan münaqişəyə görə Gürcüstanın qatılmasına nəzər yetirdikdə 5 ölkənin müxtəlif rəhbər şəxslərinin vaxtaşırı bir araya gəlməyi məsələsi bir qədər çətin olur, amma istənilən halda bu formatın daha işlək olmasını təmin etmək üçün "3+3"ə daxil olan ölkələrin XİN rəhbərlərinin və başqa vəzifəli şəxslərinin görüşlərinin daha tez keçirilməsi lazımdır".
Siyasi şərhçi görüşdən gözləntilərini də açıqlayıb:
"Bu görüşdən gözləntilərimiz çoxdur. Əvvəla, hesab edirəm ki, "3+3" Zəngəzur dəhlizinin reallaşması ilə bağlı ortaya iradə qoymalıdır. Baxmayaraq ki, bu formatda təmsil olunan ölkələrin bəzilərinin mövqelərində müəyyən fərqlər var. Amma çoxluğun bu formatdakı fikirləri müəyyən düşüncə ayrılıqlarının aradan qalxmasına səbəb olacaq. Ən əsası, qeyd edək ki, bu gün bir sıra təşkilatlar mövcuddur. "3+3" formatındakı görüşlər gələcəkdə Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Gürcüstanın qatıldığı yeni formatlı bir siyasi təşkilatın ərsəyə gəlməyinə səbəb ola bilər".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 23 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar enson xeberler xeberler azerbaycan sou xeberler