35 dollara aldığı büst Roma dövrünə aid 2000 illik artefakt çıxdı - FOTO/VİDEO
35 dollara aldığı büst Roma dövrünə aid 2000 illik artefakt çıxdı - FOTO/VİDEO
Texaslı Laura Yanqın yerli mağazaların birindən aldığı 35 dollarlıq büstün Roma İmperiyası dövrünə aid 2000 illik artefakt olduğu ortaya çıxıb.
Məlumata görə, Yanq sənət əsərini aldıqdan sonra onun həqiqi dəyəri barədə məlumat öyrənmək üçün Texas Universitetinin sənətşünasları, eləcə də ölkənin müxtəlif yerlərindəki kolleksiyaçılarla və hərrac evləri ilə əlaqə saxlayıb.
Mütəxəssislər bunun Qədim Roma artefaktı olduğunu təsdiqləyiblər. "Sothebys" hərrac evinin məsləhətçisi Yorq Deterlinq isə onun eramızdan əvvəl I əsrin sonuna, ya da eramızın I əsrinin əvvəllərinə aid olduğunu müəyyən edib.
"Kişi portreti" adlı büst San Antonio Muzeyində nümayiş etdirilib. Artefakt burada 2023-cü ilin may ayına qədər qalacaq, sonra isə Almaniyaya qaytarılacaq (Laura Yanq təzminat barədə sualı cavablandırmayıb).
Güman edilir ki, büst İspaniyada Qay Yuli Sezarın tərəfdarlarına qarşı mübarizədə pompeylilərə rəhbərlik edən romalı general və siyasətçi Sekst Pompeyi təsvir edir. Onun yeganə məlum portreti Parisdə Luvr muzeyindədir.
Mənbə: Daily Mail
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız