3,5 milyon yatırım, 72 iş yeri - Cəbrayılda ayaqqabı fabriki
"Bosco shoes" MMC Cəbrayıl rayonunda ayaqqabı istehsalı müəssisəsinin yaradılmasına 3,5 milyon manat investisiya yatıracaq.
KONKRET.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Agentliyin məlumatına əsasən, "Bosco shoes" MMC-yə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib.
"Bosco shoes" tərəfindən sənaye parkının ərazisində ayaqqabı istehsalı müəssisəsi yaradılacaq.İnvestisiya dəyəri 3,5 milyon manat olan müəssisədə 72 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur", – Agentlik vurğulayır.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması haqqında" Fərman imzalayıb. Sənaye Parkı 200 hektar ərazini əhatə edəcək.
Xəbər verildiyi kimi, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına (Cəbrayıl rayonu) rezidentlərin investisiyaları 67 milyon manat həcmində qiymətləndirilir, 2023-cü ilin sonuna 10 milyon manat yatırılıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR