"35% müəllim 1000 manatdan çox əməkhaqqı alacaq
"Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq".
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır: "Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir".
"Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 52-dir. MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür.
Əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub. Belə ki, hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə mövcuddur. Sertifikatlaşdırmada bu qrup üzrə nəticə orta hesabla 52 bal təşkil edib", - E.Əmrullayev qeyd edib. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi