44 günlük müharibənin hər günü şanlı tarixdir

44 günlük müharibənin hər günü şanlı tarixdirXalqımız 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası, rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. İşğal altında qalan torpaqlarımız cəsur vətən oğullarının rəşadəti ilə düşmən tapdağından xilas oldu. Vətən müharibəsində qazanılan tarixi qələbə düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki, Azərbaycanın vətənpərvər, mərd oğulları torpaqlarımızı belə qısa zamanda erməni vandallarından təmizləyəcək. Zaman-zaman davam edən danışıqların fayda verməməsi Azərbaycan xalqını Hərbi yolla torpaqlarını azad etməyə məcbur etdi və möhtəşəm qələbə qazanıldı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə düşmənə qarşı qəhrəmanlıqla döyüşən cəsur Azərbaycan oğulları tarixi ədaləti bərpa etdilər. 
44 günlük Vətən müharibəsinin başlanmasının ilk günündən qələbə xəbərinin alınması bizi qürurlandırdı. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, strateji yüksəkliklər işğaldan azad edilirdi. 44 günün hər günü şanlı tarixdir. Azərbaycan Ermənistanın işğalına son qoydu.
Məğlubiyyət ermənilər üçün qaçılmaz idi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistanın silahlı qüvvələri ilə yanaşı Erməni mifini də məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Cəmi 44 gün ərzində Ermənistan ordusunun hərbi texnikasını, canlı qüvvəsini məhv etməklə Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi. Bu müharibədə həm də ermənipərəst dövlətlər də gördülər ki, ədalətin qarşısında bütün saxtakarlıqlar məğlubdur.
Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. 
Qürurla qeyd etmək lazımdır ki, Vətən müharibəsinin ilk günlərindən, etibarən Azərbaycan xalqı qardaş Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı.
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında keçirilmiş paradda Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti cənab  Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etdi.
Əlbəttə, iki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi.
Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitlərinin iştirak etməsi sözün əsl mənasında bizi fərəhləndirdi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Eyni zamanda xalqların mənəvi yaxınlığının təzahürü idi.
Möhtəşəm Zəfər paradı ilə ölkəmizin qüdrəti, Azərbaycan Ordusunun tarixi Qələbəsi bütün dünyaya nümayiş etdirildi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Azərbaycan Prezidenti İlham Əliyevin o gün Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı. Dövlətimizin başçısı Zəfər paradındakı nitqində bildirmişdir ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamız işğaldan azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsinin  çox böyük mənəvi əhəmiyyəti var. 
Bütün dünya qürurumuz olan Zəfər paradını izlədi. Həmçinin keçirilən paradda  hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bundan iki gün sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu park Vətən müharibəsində qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən  qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini talayan,  məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. Qənimətlər Parkı "Dəmir yumruq" əməliyyatının tarixi əhəmiyyətini bir daha təsdiqləyir. Parkın hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. 
Naftalan şəhər sakini:  Səbuhi Qasımov / azxeber.com

Siyasi       Tarix: 07 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər cəbhədən ən son xəbərlər hava valyuta məzənnələri